Icma.az
close
up
RU
Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5ə çatıb FOTO AZƏRTAC

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5ə çatıb FOTO AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 22 dekabr, AZƏRTAC

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində Milad yarmarkasında törədilən qanlı hadisə nəticəsində həlak olanların sayı 5-ə çatıb. Hadisə nəticəsində xəsarət alanların sayının 205-ə çatdığı bildirilir. Onlardan 40 nəfərinin vəziyyəti xüsusilə ağır qiymətləndirilir.

AZƏRTAC-ın Almaniyadakı xüsusi müxbiri Maqdeburq şəhərində hadisənin baş verdiyi ərazidə olub.

Hadisədən sonra Maqdeburq şəhərində əhalinin sıx olduğu ərazilərdə, o cümlədən Milad yarmarkasının ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb, polis nəzarəti gücləndirilib. Milad yarmarkasının ərazisinə şəhər sakinlərinin, o cümlədən media nümayəndələrinin girişinə icazə verilmir.

Şəhər sakinləri hadisənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini ehtiramla yad edir, şamlar yandırır və çiçəklər düzürlər. Milad yarmarkasının yaxınlığındakı Müqəddəs İohan kilsəsinin qarşısında izdiham daha gurdur. İnsanlar buraya axın edərək kilsəsinin əsas qapısının qarşısına çiçəklər, şamlar düzür, həlak olanların xatirəsini yad edirlər.

Almaniyanın Federal Kansleri Olaf Şoltz Maqdeburq şəhərinə səfər edib, hadisənin törədildiyi Milad yarmarkasının ərazisinə baxış keçirib.

Kansler media nümayəndələrinə açıqlamasında xəsarət alanlardan 40 nəfərinin vəziyyətinin ağır olduğunu vurğulayıb. Milad bazarlarının insanların istirahət üçün üz tutduqları məkan olduğunu qeyd edən Kansler hücumu dəhşətli hadisə kimi dəyərləndirib. Baş nazir bu cür hadisələrlə əlaqədar cəmiyyətdəki qütbləşməyə yol verilməməsinin vacibliyini xüsusi vurğulayaraq, insanları birliyə və mehribanlığa çağırıb, nifrətin birlikdə yaşama mədəniyyətinə təsir etməməsinin vacibliyini qeyd edib.

Saksoniya-Anhalt əyalətinin Baş naziri Rayner Haselof isə açıqlamasında həlak olanların sayının 5-ə çatdığını, xəsarət alanların sayının 200-dən çox olduğunu bildirib. O, təhlükəsizlik məsələsinin gələcəkdə daha sıx şəkildə nəzərdən keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb A. adlı şəxs dekabrın 20-də yerli vaxtla saat 19:04-də (Bakı vaxtı ilə 22:04) yüksək sürətlə idarə etdiyi “BMW X3” markalı avtomobili şəhərdəki Milad yarmarkasında izdihamın üzərinə sürüb. Avtomobil yarmarkanın ərazisində 400 metr məsafədə hərəkət edərək qarşısına çıxan şəxsləri vurub.

Hadisə yerində yaxalanan şəxsin 2006-cı ildən Almaniyada yaşadığı və Bernburq şəhərində həkim (psixiatr) işlədiyi müəyyən edilib. Onun sosial mediada İslam dini əleyhinə çıxış və çağırışlar etdiyi məlum olub.

Qeyd edək ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Dekabr 2024 02:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri