Almanlara müharibə xəbərdarlığı “Müdafiəyə hazırlaşın”
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Almaniya sakinləri müdafiəyə hazırlaşmalıdırlar.
Avtosfer.az xəbər verir ki, bunu Bundesverin rəhbəri Karsten Breuer Praqada müdafiə məsələlərinə həsr olunmuş konfrans zamanı bildirib.
Onun sözlərinə görə, müdafiə işinə sənayenin və vətəndaş cəmiyyətinin cəlb olunması zəruridir. Baş müfəttiş bunun ordunun özünün dəf edə bilməyəcəyi hibrid təhdidlərlə bağlı olduğunu bildirib.
“Siz olmadan biz, hərbçilər, uğursuzluğa məhkumuq. Uğursuzluq o demək olardı ki, bizim tanıdığımız şəkildə cəmiyyətlərimiz təhlükə qarşısında qalacaq”, - Bundesverin rəhbəri deyib.
Sentyabrın 16-da “Bloomberg” agentliyi Almaniyanın Soyuq müharibə dövrünə aid yeraltı xəstəxanaları bərpa etdiyini və NATO ilə Rusiya arasında münaqişə yaranacağı təqdirdə yaralıların qəbuluna mülki xəstəxanaları hazırladığını bildirib. Bundesverin hesablamalarına görə, hər gün 1000-dək yaralı hərbçi gətirilə bilər. Bunlar Almaniyanın Rusiya ilə müharibəyə hazırlıq tədbirlərinin heç də yeganə istiqamətləri deyil. Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 18 Sentyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















