Icma.az
close
up
RU
Almanların yarısınının maliyyə ehtiyatı yoxdur Azərbaycanda vəziyyət necədir?

Almanların yarısınının maliyyə ehtiyatı yoxdur Azərbaycanda vəziyyət necədir?

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Almaniya Avropanın ən güclü sosial-iqtisadi sisteminə malik ölkələrindən biridir. Burada dövlət əhalinin sosial rifahına xüsusi önəm verir. Yaşlılar, xəstələr, uşaqlar və işsizlər dövlətin dəstəyindən kənarda qalmır. Vətəndaşlar sosial çətinliklərlə üzləşdikdə, onların arxasında güclü sosial müdafiə sistemi və onu formalaşdıran siyasi hakimiyyətin dayanacağına inanırlar. İnsanlar seçkilərdə səs verdikləri hökumətin çətin anda onları tək qoymayacağına güvənirlər.

Adətən, hökumət rəsmiləri artan qiymətləri və sosial vəziyyəti Avropa ölkələri ilə müqayisə edirlər. Biz də bu müqayisəni real faktlar əsasında aparmaq istədik. “TeamBank” şirkətinin Almaniyada apardığı “Likvidlik Barometri – 2025” adlı araşdırması ilə tanış olanda düşündüm: bəs Azərbaycanda vəziyyət necədir? Bizim sosial təminat sistemimiz vətəndaşda eyni inamı yarada bilirmi? Bu suallar həm iqtisadi göstəricilər, həm də ictimai əhval-ruhiyyə fonunda cavabını axtarır.

Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada da əhalinin əhəmiyyətli hissəsi maliyyə baxımından çətinlik çəkir. “Likvidlik Barometri – 2025” araşdırmasının nəticələrinə görə, almanların 6 faizi ümumiyyətlə heç bir maliyyə ehtiyatına – yəni “yastıq pulu”na – sahib deyil. Respondentlərin yarıdan çoxunun isə qəfil xərclər üçün ayırdığı məbləğ 2000 avrodan (təxminən 3700 manat) azdır.

İnflyasiyanın yaratdığı təzyiqlər nəticəsində almanların 70 faizi gündəlik xərclərini azaldır və ya bəzi lüks xərclərdən tamamilə imtina edir. Əsas qənaət sahələri restoranlar, tətil səfərləri, mebel və geyim kimi istehlak kateqoriyalarıdır. Bu meyl, şəxsi maliyyə sabitliyinə nail olmaq istəyindən qaynaqlanır.

Azərbaycan isə uzun müddətdir ki, qənaət rejimində yaşayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin sonuna orta aylıq əmək haqqı 950 manatı keçsə də, əhalinin əksəriyyəti üçün bu məbləğ sadəcə əsas ehtiyacları ödəməyə yetir. Müstəqil iqtisadçılar bildirirlər ki, ailələrin çoxunda qəfil xərclər üçün ehtiyat saxlamaq – xüsusilə də 2000 avroya qədər – praktik olaraq mümkünsüzdür.

Almaniya kimi inkişaf etmiş bir ölkədə belə 6 faiz insanın heç bir maliyyə ehtiyatına malik olmaması diqqətçəkicidir. Azərbaycanda isə bu sahədə dəqiq statistika mövcud olmasa da, müxtəlif sosial tədqiqatlara əsasən, hər 10 nəfərdən azı 4-ü maliyyə ehtiyatı olmadan yaşayır.

Əsas fərq sosial müdafiə sistemlərinin imkanlarında özünü göstərir. Almaniyada işsizlik sığortası, uşaq pulları, mənzil yardımı və digər dövlət proqramları insanlara “yumşaq eniş” imkanı verir. Azərbaycanda isə sosial təminat alətləri daha məhduddur. Burada ailə dəstəyi, mühacir qohumlardan gələn vəsaitlər və qeyri-rəsmi gəlir mənbələri daha mühüm rol oynayır.

Almanların gələcək xərclərlə bağlı planları arasında istirahət ön sıradadır – 78% restoranlara baş çəkməyi, 72% isə tətilə getməyi planlaşdırır. Azərbaycanda isə istirahət xərcləri çox zaman təxirə salınır və ya ailə büdcəsinə ciddi təzyiq göstərir. Toylar və digər sosial tədbirlər bu kontekstdə istisna təşkil edir. Lüks xərclər əsasən xaricdə yaşayan qohumlardan gələn pul göndərişləri hesabına mümkün olur.

Bununla belə, xüsusilə gənclər – əsasən Bakıda yaşayanlar – geyim, texnologiya və əyləncə kimi sahələrdə daha aktiv istehlak davranışı nümayiş etdirirlər. Lakin bu davranış daha çox kredit və borc hesabına reallaşır.

Həm Almaniyada, həm də Azərbaycanda ortaq məqam budur ki, insanlar gələcək üçün maliyyə sabitliyinə daha çox önəm verməyə başlayıblar. Almaniyada bu, planlı qənaət və maliyyə nəzarəti ilə müşayiət olunursa, Azərbaycanda insanlar hələ də “günü-günə satmaq” məcburiyyətindədir.

İnflyasiya, real gəlirlərin azalması, sosial təminat sistemlərinin məhdudluğu və istehlak kreditlərinin artması – bütün bu faktorlar həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iqtisadi reallıqlarını müəyyənləşdirən əsas amillərə çevrilib.

Qadir Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Avqust 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri