Icma.az
close
up
RU
Almaxanım: “Kimin toyu daha çoxdur, mənim ya filankəsin?”

Almaxanım: “Kimin toyu daha çoxdur, mənim ya filankəsin?”

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Evdə bəzi özəl kanalları silmişəm ki, gözüm verilişlərdə gedən "düşük" söhbətləri görməsin. Təəssüf ki, görmək istəməsəm belə, bəzən sosial şəbəkədə qarşıma çıxır. Bayaq baxıram ki, IQ səviyyəsi yerlərdə sürünən bəzi müğənnilər çıxıb verilişdə “kimin toyu daha çoxdur, mənim ya filankəsin?” mövzusunda mübahisə edirlər.Müğənni Almaxanım Əhmədova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib".

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Almaxanım Əhmədova sosial şəbəkə hesabında yazıb.

Sənətçi kanalları tənqid edib:

"Həqiqətən, görün necə vəziyyətdəyik ki, müğənni çıxıb konsert tarixlərini elan etmək əvəzinə bu ay 10 dənə, sentyabrda 20 dənə toyum var və sair kimi axmaq söhbətlər edir. Hələ bu azmış kimi aparıcı da deyir ki, bu ay toylardan nə qədər qazandın? Əziz sənətçilər, nə olar bir az özünüzü inkişaf etdirin. Toyda “Buleyli” oxumaqla heç bir inkişafdan söhbət gedə bilməz. Demirəm toyda əsər oxuyun. Fikrimi düzgün başa düşün. Bir az dünya mediasını izləyin, xarici müğənnilərin solo konsertlərinə baxın. Görün insanlar necə işlər ortaya qoyurlar. Toy, toy, toy...".

O bildirib ki, bəzi kanalları evində "qara siyahı"ya atıb:

"Efirdə nə vaxtadək belə iyrənc söhbətlər gedəcək axı? Gənclər baxıb nədən maariflənəcək? Toya getməyi ayıb hesab etmirəm. Özüm də gedirəm. Amma bununla öyünmək sənətçinin bədbəxtçiliyidir. Bir sənətçi ki, 30 ildir ancaq toy oxuyur, bir dəfə də olsun konsert verməyibsə, zal doldurmayıbsa, bu o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşü deməkdir. Hələ konsert verməyi də qlobal uğur kimi təqdim edən sənətçiləri demirəm. Ay gözəl insan, bu zatən sənin işindir. Sən müğənnisənsə, konsert verməlisən. Burada qeyri-adi nə var ki? "Şok, şok, şok... Filankəs solo konsert verdi". Ay bala, bu müğənnidi də, başqa nə etməlidir? Müğənninin fəaliyyəti odur ki, konsert versin, yeni mahnılar və kliplər təqdim eləsin".

İrəvan teatrı mövsümü bağlayır "Heydər Əliyev bir dəfə mənə demədi ki..." - Kamal Abdulla Bir oğlunu edam etdirən, bir oğlunun gözünü çıxartdıran şahın faciəsi - Sevinc Mürvətqızı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 İyul 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri