Icma.az
close
up
RU
Alparslan Bayraktar: Ankara xarici tərəfdaşlarla enerji əməkdaşlığını genişləndirmək niyyətindədir

Alparslan Bayraktar: Ankara xarici tərəfdaşlarla enerji əməkdaşlığını genişləndirmək niyyətindədir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 3 may, AZƏRTAC

“Türkiyə xarici tərəfdaşlarla enerji sahəsində əməkdaşlığı genişləndirmək və Azərbaycan, İraq, Rusiya, Liviya və Pakistanla yeni layihələr həyata keçirmək niyyətindədir. Xəzər regionunda enerji diplomatiyası sahəsində fəal addımlar atırıq. Biz qarşılıqlı faydalı əməkdaşlığa və digər ölkələrin iqtisadi inkişafına töhfə verməyə çalışırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar yerli telekanallardan birində deyib.

Onun sözlərinə görə, Ankara qarşısına tam enerji müstəqilliyinə nail olmaq məqsədini qoyur.

Energetika Nazirliyinin rəhbəri xatırladıb ki, Türkiyə 2017-ci ildən başlayaraq ölkənin mineral ehtiyatlarının işlənməsinə yönəlmiş yeni enerji siyasəti həyata keçirir. “Bu məqsədlə yerli kadrlardan və imkanlardan istifadə edirik, qazma donanmasını artırırıq. Enerji idxalından asılılığı minimuma endirmək üçün əlimizdən gələni edirik”, - deyən Bayraktar Ankaranın enerji siyasətinin uğurlarından biri kimi 2020-ci ildə Qara dənizin türk sektorunda Türkiyə tarixində ən böyük “Sakarya” yatağının kəşfini göstərib.

O qeyd edib ki, Qara dənizdən gələn “mavi yanacaq” Türkiyənin qazpaylayıcı sisteminə dəniz sahilindən 170 kilometr aralıda ehtiyatlar aşkar edildikdən cəmi 3 il sonra axmağa başlayıb.

Nazir bildirib ki, 2028-ci ilə qədər Qara dənizdə qaz hasilatının həcminin 4 dəfə artırılması planlaşdırılır. O əlavə edib: “Bundan başqa, artıq cari ay ərzində Ankara Qara dənizdə yeni ehtiyatların aşkarlandığını elan edə bilər”.

A.Bayraktar, həmçinin bərpaolunan enerji mənbələrindən (RES) istifadə etməklə enerji potensialının inkişaf etdirilməsi səylərinə diqqət çəkib.

O qeyd edib ki, Türkiyə günəş və külək enerjisindən istifadə baxımından dünyada 11-ci yerdədir. Nazir vurğulayıb: “2035-ci ilə qədər Külək və Günəş Elektrik stansiyalarının gücünü 120 min MVt-a çatdırmağı planlaşdırırıq. Biz dənizdə Külək Elektrik stansiyaları layihələrini həyata keçiririk”.

Energetika Nazirliyinin rəhbəri, həmçinin Türkiyənin cənubunda yerləşən Mersin vilayətindəki “Akkuyu” atom elektrik stansiyasının 2028-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri