Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Ankara, 12 oktyabr, AZƏRTAC
Qlobal bazarlardakı vəziyyət enerji təhlükəsizliyini gündəmin prioritetinə çevirib. Bu, həmçinin Ankaranın Antalyada keçiriləcək BMT-nin iqlim konfransı (COP31) çərçivəsində açıqlayacağı Elektrikləşdirmə Fəaliyyət Planının əsas diqqət mərkəzində olacaq.
AZƏRTAC xəbər verir ki, bu bəyanatı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Ər-Riyadda keçirilən 25-ci Dünya Enerji Konqresində çıxışı zamanı verib.
A. Bayraktar Türkiyədə enerji ehtiyatlarına artan tələbata diqqət çəkib.
“Enerji idxalından asılılıq Türkiyə üçün ciddi problemdir və bu, davamlı investisiya tələb edir. Süni intellektlə təchiz olunmuş data mərkəzlərinin istifadəyə verilməsi, soyutma sistemlərinə artan tələbat, elektrikli nəqliyyat vasitələri bazarının genişlənməsi və yeni duzsuzlaşdırma zavodları enerjiyə tələbatı artırır”, - deyə nazir bildirib.
O, Türkiyənin 2053-cü ilə qədər xalis emissiyanı sıfır səviyyəyə çatdırmaq hədəfini xatırladıb. Nazir bildirib: “Bu məqsədə çatmaq üçün enerjiyə artan tələbat fonunda bərpaolunan enerji mənbələrinə investisiyaları artırır, enerji səmərəliliyini, neft-qaz sektorunu, nüvə enerjisini və mədənçiliyi inkişaf etdiririk”.
Onun sözlərinə görə, 2050-ci ilə qədər Türkiyə nüvə enerjisi istehsal gücünü 20 GVt-a çatdırmağı planlaşdırır. “Biz, həmçinin İraq və Suriya kimi qonşu ölkələrlə müxtəlif boru kəməri layihələri üzərində işləyirik”, - deyə Türkiyənin enerji naziri əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 12 Oktyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















