Icma.az
close
up
RU
Altay Bayındırın zamanı yetişdi?

Altay Bayındırın zamanı yetişdi?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

''Mançester Yunayted''də ikinci mövsümünü keçirən Altay Bayındır hələ də premyer-liqada debüt etməyib.
''Football-plus.az'' xəbər verir ki, türkiyəli qapıçının əlinə İngiltərə çempionatında debüt etmək üçün ilk dəfə yaxşı fürsət düşüb. Bilindiyi kimi ''Mançester Yunayted'' Avropa Liqasının 1/4 finalında səfərdə ''Lion'' ilə qarşılaşmadan 2:2-lik bərabərliklə ayrıldı. Həmin matça ''Yunayted''in əsas qapıçısı Andre Onananın inamsız oyunu damğa vurdu.
Təcrübəli əlcək sahibinin buraxılan hər iki qolda səhvə yol verməsi ''qırmızı şeytanlar''da qapıçı mövzusunu yenidən aktuallaşdırdı. Oyundan sonra fanatların sosial şəbəkələrdə etiraz etdiyi əsas futbolçu təbii ki, Onana oldu. Şərhlərdə adı ən çox hallanan isimlərdən biri Altay Bayındır oldu. Belə ki, kamerunlu qapıçıdan narazı qalanların böyük əksəriyyəti artıq ''Yunayted''in türkiyəli əlcək sahibinə güvənməli olduğunu iddia edib.
Şərhlərdə ''Amorim növbəti oyunda Bayındıra güvənməsə, ilk dəfə onun axmaq olduğunu dilimə gətirmiş olacam'' və ya ''bazar günü qapıda mütləq Bayındır dayanmalıdı. Mövsümün sonuna az qalıb və 13-cü pillədəyik. Onsuz da Bayındır lap istəsə belə Onanadan zəif oynaya bilməz, çünki bu, mümkün deyil'' kimi ifadələrə də rast gəlmək olar. Bayındırın fanatlar arasında sevilməsinin daha bir səbəbi onun iştirak etdiyi son oyunlardan birində əsil qəhrəmana çevrilməsidi. Yanvarın ortalarında İngiltərə kubokunda 26 yaşlı qapıçı ''Arsenal'' ilə səfər oyununda inanılmaz performans sərgiləmişdi. O, həm matçın gedişində, həm də oyunsonrası penaltilər seriyasında penalti dəf etməklə komandasını növbəti mərhələyə daşımışdı.
Bu arada İngiltərə mətbuatında ilk dəfə baş məşqçi Ruben Amorimin premyer-liqada Altaya şans verə biləcəyi barədə xəbərlər peyda olub. Manikunianları bazar günü 32-ci tur çərçivəsində çətin ''Nyukasl'' səfəri gözləyir. Türkiyəlinin bu oyunda iştirak etmək şansı heç vaxt olmadığı qədər yüksəkdi. Bu baş verəcəyi təqdirdə Altay həm də premyer-liqada forma geymiş ilk türkiyəli qapıçı kimi tarixə düşəcək!
Bayındırın bu mövsüm cəmi 6 rəsmi oyunda forma geydiyini və bunların 2-də qapısını toxunulmaz saxladığını bildirək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Aprel 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri