Icma.az
close
up
RU
Altı ay sonra üç ölkədə rejim dəyişir ABŞ siyahını açıqladı

Altı ay sonra üç ölkədə rejim dəyişir ABŞ siyahını açıqladı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ senatoru Ted Kruz "CNBC" telekanalına müsahibəsində diqqətçəkən açıqlamalarla çıxış edib. O, prezident Donald Trampı İran rejimini devirmək fürsətini əldən verməməyə çağırıb. Kruzun fikrincə, yaxın altı ayda İran, Venesuela və Kuba hökumətlərinin süqutu real görünür. Senator bu hadisə baş verərsə, Amerikanın yeni dostlar qazanacağını bildirib. "Bu baş verərsə, Berlin divarının yıxılmasından bəri ən böyük geosiyasi dəyişiklik olar" deyə o vurğulayıb.
Demokrat.az xəbər verir ki, ötən həftə prezidentlə bu barədə danışdığını deyən Kruz İran rejiminin heç vaxt indiki qədər zəif olmadığını qeyd edib. O, buna səbəb kimi 2024-cü ilin iyununda İsrail ilə baş verən 12 günlük müharibədə Tehranın məğlubiyyətini göstərib. "Onlar sarsılırlar. Müharibəni uduzmağın real dünyada fəsadları var" deyən senator rejimin devrilməsi üçün hərəkətə keçməyin vacibliyinə toxunub.
Ted Kruz prezidentə etirazçıları dəstəkləməyi və onları silahlandırmağı təklif edib. "Prezidentə çağırışım budur ki, fürsəti qaçırmasın. Ayətullah hakimiyyətdən kənarlaşdırılsa, Amerika daha təhlükəsiz olar" deyə o əlavə edib. Senator xatırladıb ki, İran rejimi dünyada terrorun əsas sponsorudur və yüzlərlə amerikalı hərbçinin ölümünə görə məsuliyyət daşıyır.
Kruz yaxın günlərdə məhdud hərbi zərbələrin endirilməsinin mümkünlüyünü də istisna etməyib. Bununla belə o, quru qoşunlarının əməliyyatda iştirak etməyəcəyini düşünür. Digər tərəfdən Dövlət Departamentinin keçmiş rəsmisi Aaron Devid Miller Trampın gecə İrana zərbələri elan edə biləcəyini ehtimal edir. "Heç bir prezident müraciəti zamanı hərbi münaqişənin başladığını elan etməyib. Elə bu səbəbdən Tramp bunu edə bilər" deyə Miller yazıb.
İslam
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri