Icma.az
close
up
RU
Amal Qrup MMC nin ÖZBAŞNALIĞI Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər

Amal Qrup MMC nin ÖZBAŞNALIĞI Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq bir ildir ki, "Amal Qrup" işini gördürdüyü şirkətin, təhçizatçıların ödənişlərini ödəmək istəmir. Səbəbi bilən varmı? Əlbəttdə ki, xeyr!

Bu müddət ərzində "Amal Qru"pa rəsmi və qeyri-rəsmi xəbərdarlıqlar olunub, ölkə rəhbərliyinə şikayətlər göndərilib. Məsələ burasındadır ki, verdiyi vədə əməl etməyən Amal Qrup" MMC-nin direktoru Orxan İbrahimli, görünür, söykəndiyi qüvvələrə arxayındır ki, bir ildən artıqdır borcu olduğu subpodratçı şirkətin pulunu ödəmək istəmir.

"Amal Qrup" MMC bir çox iri layihələr və tenderlərin qalibi elan olunub. Şirkətin direktoru Orxan İbrahimli əvvəlcə subpodratçı şirkətə ödənişinin olduğunu etiraf etmək əvəzinə, "Upsilon" MMC-dən şikayətçi olacağını bildirib. Burda deyiblər: "adımı sənə qoyum, səni də yana yana qoyum".
Adam pulunu qaytarmaq əvəzinə, iş icraçısı şirkətlə problemi çözmək deyil, hədələmək yolunu seçib. Məqsəd də bəllidir. Hədə-qorxu gələrək, şirkəti qorxudub ödənişdən vaz keçməsinə səbəb olsun.

Artıq 13 aydır ki, "Upsilon" MMC dövlət rəsmilərinin qapısını döyərək, müxtəlif qurumlardan dəstək istəyir. Bu işin hüquqi yolu olsa da, məsələnin məhkəmələrə düşəcəyi, qarşı tərəfin də etirazları ilə prosesin uzanacağı ehtimal edildiyindən, şirkətin təsisçisinə, direktoruna rəsmi və qeyri-rəsmi mesajlar göndərlib, müraciətlər edilib. Amma nə fayda ? Orxan İbrahimli "burda mənəm Bağdadda kor xəlifə" misalı ilə davranaraq, öz ‘‘prinsipiallığına’’ davam edir. Əvvəlcə ‘‘möhtərəm’’ direktor  rəsmi faktlara baxmayaraq subpodartçı şirkətə ödənəcək məbləği ödəməməklə yanaşı, "Upsilon" MMC-yə məxsus inventoru girov götürərək, şikayətdən və borcdan imtina qarşılığında inventorları da geri verəcəyini bildirirdi. Rəsmi edilən şikayətlərdən, məsələnin ictimailəşməsindən sonra "Amal Qrup" rəhbərliyi, nəhayət, inventoru bu ilin mart ayında "girovluqdan" azad etdi. Borcun təxminən 10 %-ni ödədi.

Sözlər verilmişdi ki, bu borc yaxın günlərdə tam həll olunacaq. Amma yenə də "Amal Qrup"un direktoru Orxan İbrahimli öz iddiasından və hikkəsindən əl çəkmək bilmir. İlkin ödənişdən sonra "Amal Qrup"la bölgənin tikintisi və bərpasında məsul olan "Şərqi Zəngəzur Tikinti Bərpa" qurumunun təşkilatçılığı ilə görüş keçirildi, ümid edildi ki, borclar tam ödənəcək. Bundan sonra bir neçə görüşlər keçirilməsinə, rəsmi sənədlər, qaimələr təqdim edilməsinə baxmayaraq "Amal Qrup" rəhbərliyi real addım atmaq istəmir.

Bu gün inşaat gedən Qubadlı rayonu Zilanlı kəndi ərazisinə mal, material aparan, texnika icarəyə verən təhçizatçılar ciddi narazıdırlar. İnsanlar min bir əziyyətlə inşaat bölgəsinə apardıqları təhçizatın pulunu ala bilmirlər. Artıq son dərəcə ağır maddi böhran keçirən təhçizatçılar yaxında "Amal Qrup"un ofisinin yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Hurriyyet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri