“Amazon” “Anthropic” şirkətinə 25 milyard dollar investisiya yatırır
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” “Anthropic” şirkətinə 25 milyard dollar investisiya yatırır.
Banco.az xəbər verir ki, “Amazon” süni intellekt sahəsində fəaliyyət göstərən “Anthropic” startapına şirkətin qarşıdakı 10 il ərzində “Amazon”un bulud texnologiyalarına 100 milyard dollardan çox vəsait xərcləməyi öhdəsinə götürməsi müqabilində 25 milyard dollara qədər investisiya edəcəyini açıqlayıb.
Sietl mərkəzli “Amazon” ilkin mərhələdə 5 milyard dollar sərmayə yatıracaq, sonrakı dövrdə isə müəyyən kommersiya hədəflərinin yerinə yetirilməsindən asılı olaraq əlavə 20 milyard dollar investisiya edəcək. Bu məbləğ şirkətin daha əvvəl “Anthropic”ə yatırdığı 8 milyard dollarlıq sərmayənin üzərinə əlavə olunur.
“Amazon” “Nova” kimi öz süni intellekt modelləri ilə yetərincə maraq yaratmaqda çətinlik çəksə də, süni intellekt bumunun əsas infrastruktur təminatçılarından biri olaraq qalır və xüsusilə bulud hesablama gücü sahəsində sektorda lider mövqeyini qoruyur. Şirkət bu il əsasən süni intellektin inkişafına yönəlmiş təxminən 200 milyard dollarlıq kapital xərcləri etməyi planlaşdırır.
“Amazon” eyni zamanda ən böyük süni intellekt startaplarına da iri həcmli investisiyalar yatırır. “Anthropic”ə edilən bu sərmayə şirkətin ilin əvvəlində “ChatGPT”nin yaradıcısı olan “OpenAI”yə 50 milyard dollara qədər investisiya edəcəyini açıqlamasından sonra baş verib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 21 Aprel 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















