Icma.az
close
up
RU
Amazon un TikTok u almaq üçün təklif verdiyi məlum olub

Amazon un TikTok u almaq üçün təklif verdiyi məlum olub

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ-ın texnologiya şirkəti "Amazon"un Çin mərkəzli "TikTok" tətbiqini almaq üçün təklif verdiyi bildirilir.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, amerikalı bir şirkətə satılması ilə bağlı "güclü marağın olduğunu" qeyd etdiyi "TikTok"a verilən müddət 5 aprel tarixində bitir.

Verilən müddət sona çatarkən, adı açıqlanmayan bir" Amazon" rəsmisi şirkətin "TikTok"u almaq üçün addım atdığını bildirib.

"Amazon"un ABŞ vitse-prezidenti Ceyms Devid Vens və Ticarət naziri Hovard Lutnickə təklif məktubu göndərdiyi bildirilir və məktubda şirkətin "TikTok"u almaq istədiyi ifadə edilib.

Bundan əlavə, "The New York Times" qəzetinin xəbərinə görə, adı açıqlanmayan 3 rəsmisi, "Amazon"un təklifinin müvafiq şəxslər tərəfindən "ciddi qəbul edilmədiyini" iddia edib.

Trump, vəzifəsinin ilk günündə, "TikTok"un bir ABŞ şirkətinə satılmaması halında ABŞ-da qadağan olunmasını nəzərdə tutan qanunun tətbiqinin 75 günlük təxirə salınması ilə bağlı fərman imzalayıb.

ABŞ Prezidenti "TikTok"un qadağan olunmasına tərəf olmadığını, amma qadağanın aradan qaldırılması üçün tətbiqin 50%-nin amerikalı bir şirkətə verilməsini istədiyini qeyd edərək: "Bizim "TikTok"u satmaq və ya bağlamaq hüququmuz var. Buna biz qərar verəcəyik. Amma Çin də bunu təsdiq etməlidir, əminəm ki, onlar da təsdiq edəcəklər. Etməsələr, Çinə tarif tətbiq edərik", - deyə bildirib.

"TikTok"un amerikalı bir şirkət tərəfindən alınması ilə bağlı hər hansı bir razılaşma edilməməsi halında, bu tətbiqə verilən müddətin uzadıla biləcəyini qeyd edən Trump, Çinin tətbiqin alınmasını təsdiq etməsi müqabilində Pekin rəhbərliyinə tarif endirimi təklifi edib.

Bundan başqa, Trump idarəsinin populyar sosial media tətbiqinin bağlanmaması üçün qərarın səbəbi olan məlumat təhlükəsizliyi narahatlıqlarına çözüm tapması lazım olacaq.

"TikTok"un sahibi olan "ByteDance" Çin-ə qeydiyyatdan keçmiş bir şirkət olduğu üçün, ölkə qanunları əsasında əlindəki istifadəçi məlumatlarını lazım gəldikdə dövlətlə paylaşma məcburiyyətindədir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri