“Ambulans gec gəldi, laqeydlikdən öldü” Arı sancan kişinin qohumu danışdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Sentyabrın 2-də İsmayıllı rayon Mican kəndində arı sancması ölümlə nəticələnib.
“Qafqazinfo”nun məlumatına əsasən, Baku TV-yə danışan mərhumun qohumu Cənnət Musayeva bildirib ki, hadisə 61 yaşlı kənd sakini Murad Hümmətovun nahar etdiyi zaman baş verib.
“Yemək yeyirdik, birdən dedi ki, məni arı vurdu. Əvvəlcə dilindən, daha sonra qırtlağından vurub. Arının iynəsini göstərdi mənə. Murada tez “Dimedrol” vurdum, 103-ə zəng etdim. Ürəyində problem var idi, zobdan əməliyyat olunmuşdu. Gec gəldilər. Dedilər 2 ambulansımız var, biri başqa yerdədir, o biri də indi gələcək. Laqeydliyin ucbatından öldü”, - C.Musayeva qeyd edib.
Daha ətraflı videomaterialda:

“Təcili yardım gec gəldi, laqeydlikdən öldü” Video
04 Sentyabr 2025 10:46
Dilindən arı sancan kişi öldü
03 Sentyabr 2025 10:34
Polis əməkdaşı ambulans qəzasında ÖLDÜ FOTO + VİDEO
01 Avqust 2025 11:49
Arı sancdı Öldü
03 İyul 2025 23:42
“Ambulans gəldi, kəndə girə bilmədi” VİDEO
22 May 2025 13:02

