Icma.az
close
up
RU
“TikTok”da arvadına mesaj yazan sinif yoldaşını bıçaqladı

“TikTok”da arvadına mesaj yazan sinif yoldaşını bıçaqladı

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Malik Yusifzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 7 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, Malik Yusifzadə tanışı, zərərçəkmiş İbrahim İbrahimovla (adı, soyadı şərtidir) həyat yoldaşının sosial şəbəkələrin birində yazışdığını və aralarında qeyri-rəsmi münasibət olduğunu öyrəndikdən sonra bunu özünə qarşı hörmətsizlik kimi qəbul edib. Bu səbəbdən o, Gəncə şəhərində yerləşən yaşayış evinin qarşısında zərərçəkmişlə mübahisə edib. Baş verən hadisə zamanı Malik tanışına qarşı zorakılıq tətbiq edib.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs özünə məxsus “Toyota Prius” markalı avtomobildə əvvəlcə sağ yumruğu ilə İbrahimin sifət nahiyəsinə bir neçə dəfə qəsdən zərbələr endirib və nəticədə sonuncuya “sol gözün alt qapağının qançırı” kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirib. Daha sonra avtomobildə saxladığı bıçağın tiyəsi və baltanın arxa hissəsi ilə zərərçəkmiş şəxsi vuraraq ona sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib.
Məhkəmə iclasında Malik Yusifzadə özünü qismən təqsirli bilərək ifadəsində deyib ki, həyat yoldaşı ilə birlikdə bir mobil telefondan istifadə ediblər və eyni “TikTok” hesabı hər ikisinə məxsus olub. O, zərərçəkmiş şəxsi əvvəllər də tanıdığını, sinif yoldaşı və qonşu olduqlarını, münasibətlərinin normal olduğunu qeyd edib. Təqsirləndirilən şəxs hadisənin səbəbi kimi İbrahimin həyat yoldaşına “TikTok”da mesaj yazmasını və əxlaqsız təklif göndərməsini göstərib. Mesajı gördükdən sonra əsəbiləşdiyini, həyat yoldaşına bildirmədən evdən çıxaraq zərərçəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxladığını və görüşə çağırdığını söyləyib.
Onun sözlərinə görə, tərəflər 20 Yanvar küçəsində görüşüb və İbrahim avtomobilə əyləşdikdən sonra aralarında mübahisə yaranıb. Malik əsəbi vəziyyətdə zərərçəkmiş şəxsin sifətinə yumruqla zərbə vurduğunu, daha sonra avtomobildə olan mətbəx bıçağını götürərək onu vurmaq istədiyi zaman İbrahimin özünü müdafiə etmək məqsədilə bıçağı əli ilə tutduğunu və bu səbəbdən barmaqlarının kəsildiyini qeyd edib. O, ifadəsində avtomobildə balta deyil, taxta parçası olduğunu da bildirib.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının və səhhətində problemlərin olduğunu, habelə zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq məhkəmədən bağışlanmasını xahiş edib.
Məhkəmə iclasında zərərçəkmiş İbrahim İbrahimov ifadəsində bildirib ki, təqsirləndirilən şəxslə sinif yoldaşı olub, eyni məhəllədə böyüyüblər və aralarında əvvəllər hər hansı münaqişə olmayıb. Onun sözlərinə görə, hadisə günü Malik telefonla zəng edərək görüşmək istədiyini deyib. Axşam saatlarında dostlarını evlərinə apardıqdan sonra təqsirləndirilən şəxsin zəngi ilə onun avtomobilinə əyləşib. Maşın bir qədər hərəkət etdikdən sonra o, avtomobil saxlayıb və İbrahimə “o qıza nə yazmısan?” sualını verib. Zərərçəkmiş şəxs isə “TikTok” hesabının olmadığını bildirib.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, bundan sonra təqsirləndirilən şəxs ona yumruqla göz nahiyəsindən zərbə vurub, ardınca bıçaq çıxararaq hücum etməyə cəhd edib. O, müqavimət göstərərək bıçağı tutduğunu, bu zaman barmaqlarının kəsildiyini, daha sonra baş nahiyəsinə endirilən zərbədən sonra avtomobildən düşərək qaçdığını söyləyib. İbrahim daha sonra dostunun evinə gedib və 3 saylı xəstəxanaya yerləşdirilib.
Zərərçəkmiş şəxs məhkəmədə hazırda sol əl barmaqlarının funksiyasının pozulduğunu, iki dəfə cərrahi əməliyyat olunduğunu və müalicə üçün təxminən 10 min manat xərc çəkdiyini bildirib. Bununla yanaşı, o, Maliklə barışdığını, ona qarşı hər hansı şikayət və maddi tələbinin olmadığını məhkəmənin diqqətinə çatdırıb. (Pravda.az)

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri