Icma.az
close
up
RU
AMEA da dünya şöhrətli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

AMEA da dünya şöhrətli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 9-da AMEA-nın Rəyasət Heyətində dünya şöhrətli görkəmli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş “Minilliklərin riyaziyyat ahəngi Kainatla dialoq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdən öncə Liu Huinin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub. 

Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Azərbaycan-Çin əlaqələrinin genişləndiyini, Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin ikitərəfli münasibətlərimizə böyük önəm verdiklərini söyləyib.

Ölkələrimiz arasında siyasi, iqtisadi sferalarda yüksək əlaqələrin mövcud olduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini, öz növbəsində Çinin də Zəngəzur dəhlizinin açılması ilə bağlı ədalətli mövqe nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Asiya ilə Avropa arasında, eləcə də Çinin Avropaya çıxmasında körpü rolunu oynayacaq.

AMEA rəhbəri vurğulayıb ki, hələ sovet hakimiyyəti illərində Azərbaycan şairləri Çin liderlərinə, dünyanın yeddi möcüzəsindən biri olan Çin səddinə həsr olunmuş maraqlı şeirlər yazıblar. Həmçinin çinli şairlər də öz növbələrində Azərbaycana, Qafqaz dağlarına həsr edilmiş şeirlər ərsəyə gətiriblər.

Son illərdə Azərbaycan ilə Çin arasında elmi, ədəbi əlaqələrin də yüksək səviyyədə olduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini, həmin müəssisələrlə əməkdaşlıq memorandumlarının imzalandığını diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan və Çin alimləri birgə konfranslar, simpoziumlar keçirir, hər iki ölkədə təşkil olunan konfranslarda aktiv iştirak edirlər. Çindən geniş nümayəndə heyətinin AMEA-nın 80 illik yubiley yığıncağı münasibətilə ölkəmizə səfər etdiyini deyən akademik İsa Həbibbəyli həmin alimlərin həm azərbaycanlı, həm də dünyanın bir çox ölkəsindən gəlmiş həmkarları ilə səmərəli görüşlər keçirdiklərini söyləyib.

Bugünkü konfransın dünya şöhrətli görkəmli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunduğunu deyən AMEA rəhbəri vurğulayıb ki, onun riyaziyyata və həndəsəyə dair tədqiqatları dünya riyaziyyat elminin əsaslarını təşkil edib, maraqlı və ciddi elmi əsərlər ortaya qoyub.

“Liu Pifaqor teoreminə bənzər bir teoremin sübutunu təqdim edib. Liu Hui həm Çində riyaziyyat elminin əsaslarını qoyanlardan biri olmuşdur, həm də dünya riyaziyyat elminə misilsiz töhfələr vermişdir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

Akademik İsa Həbibbəyli bugünkü konfransın təşkilatçılarından olan Çin Elm və Texnologiya Assosiasiyası ilə də əməkdaşlıq münasibətlərinin qurulmasına başlandığını, həmçinin mədəniyyət sahəsində də ikitərəfli əməkdaşlığın nəzərdə tutulduğunu söyləyib və Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş tədbirin Azərbaycan-Çin elmi, ədəbi, mədəni əlaqələrində yeni üfüqlər açacağını bildirərək konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Çin Elm və Texnologiya Assosiasiyasının direktoru Ruan Cao ölkəmizdə və Azərbaycan Milli Elmlər Akademiyasında olmaqdan məmnunluğunu dilə gətirib, konfransın təşkilinə göstərdiyi dəstəyə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu deyən Ruan Cao ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını söyləyib.  

Liu Huinin 1800 il öncə yazıb-yaratdığını deyən direktor həmin dövrün Çin tarixində elmin, mədəniyyətin intellektual çiçəklənmə dövrü kimi qəbul edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Liu Huinin tədqiqatları nəzəriyyə ilə təcrübənin vəhdətini təşkil edib, xüsusilə “Riyazi sənətin doqquz fəsli” əsərində mühüm yeniliyə imza atıb, pi (π)-nin dəyərini təxmini olaraq tapmaq üçün çoxbucaqlını dairəyə yazmaq metodundan istifadə edib. Həmçinin bu əsərində bərk həndəsə teoremləri, Arximedin π yaxınlaşmasının təkmilləşdirilməsi və çoxlu naməlumlu xətti tənliklərin həlli üçün sistematik metod təklif edib.

Çin Elm və Texnologiya Assosiasiyasının direktoru Ruan Cao tədbirin rəhbərlik etdiyi təşkilatla AMEA arasında elmi əlaqələrin qurulması və inkişafına təkan verəcəyini söyləyib.

Konfransda çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov Komissiya adından tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, Liu Huinin 1800 illik yubileyinin qeyd olunması UNESCO-nun 2024-2025-ci illər üzrə tədbirlər planında əksini tapıb və bu, elmin, düşüncənin bəşəri dəyərinin ifadəsidir. Mustafa Şabanov bildirib ki, qərar UNESCO-da qəbul edilən zaman Azərbaycan buna öz dəstəyini ifadə edib, Çinlə həmrəylik nümayiş etdirib. Azərbaycanın Şərqlə Qərb arasında tarixən elmi, mədəni körpü rolunu oynadığını deyən Mustafa Şabanov bu gün də bu ənənələrin davam etdiyini deyib. 

Diqqətə çatdırıb ki, Liu Huinin riyazi metodları həm qədim dövrdə, həm də bu gün riyaziyyat elminin, düşüncəsinin inkişafına öz töhfəsini verir.

Çıxışlardan sonra “Minilliklərin riyaziyyat ahəngi. Kainatla dialoq – Liu Hui silsilə yubiley tədbirləri” adlı tanıtım videosu nümayiş etdirilib. 

Daha sonra açılışın rəmzi lenti kəsilib.

Açılış mərasimizindən sonra tədbir öz işini “Sivilizasiyalararası aialoq və akademik mübadilələr üzrə çıxışlar” mövzusunda sessiya ilə davam etdirib. Sessiya iclasında Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutunun aparıcı tədqiqatçısı Zou Dahai, İç Monqolustan Müəllimlər Universitetinin professoru, Beynəlxalq Elm Tarixi Akademiyasının müxbir üzvü Cuo Shirong, Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutunun dosenti Chen Wei, ETN Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Əli Babayev, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Rövşən Əliyev, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron akademiya şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi Röya Mirzəbəyova çıxış ediblər.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri