Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Dünya şöhrətli informatika alimi

Dünya şöhrətli informatika alimi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Akademik Telman Əliyev – 90

Bu gün Azərbaycan milli elminə çoxsaylı töhfələr vermiş müasirimiz – görkəmli akademik Telman Əliyevin növbəti yubileyinin fərəhini yaşayırıq. Düz 90 il əvvəl – 1935-ci il mayın 2-də Goranboy rayonunda sadə, zəhmətkeş bir ailədə doğulan Telman Abbas oğlu Əliyev həyatda bütün qazandıqlarına özünün çalışqanlığı, əzmkarlığı sayəsində nail olub.

O, M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirib. 1966-cı ildə “Hesablama texnikası” ixtisası üzrə fəlsəfə doktoru, 1977-ci ildə “Texniki kibernetika və İnformasiya nəzəriyyəsi” ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini, 1985-ci ildə professor elmi adını alıb. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilib.

Alim əmək fəaliyyətinə Hesablama Mərkəzində (hazırda İdarəetmə Sistemləri İnstitutu) başlayıb və texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışıb. Sonra Kibernetika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində işləyib. 1984-cü ildən bu günə kimi isə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetində dərs deyib, hazırda kafedra müdiridir.

1993–1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının sədri olmuş Telman Əliyev 1994-cü ildən UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir. 1997–2001-ci illərdə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, 2008–2015-ci illərdə Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü olub.

O, 1958–1960-cı illərdə keçmiş SSRİ-nin başqa respublikalarından xeyli əvvəl “Elektron hesablama maşınları” laboratoriyasının yaranmasının əsas təşkilatçısı və 1976-cı ilədək rəhbəri kimi Azərbaycanda informatikanın sürətlə inkişafına həlledici təsir göstərib. 2013-cü ildən Rusiya Federasiyasında dərc olunan “Mexatronika, avtomatlaşdırma, idarəetmə” və 2018-ci ildən Ukraynada işıq üzü görən “İdarəetmənin və informatikanın problemləri” elmi jurnallarının redaksiya heyətinin üzvüdür.

Alim neftçıxarma obyektləri üçün “yeni nəsil intellektual “robast noise” monitorinq, nəzarət və diaqnostika sistemlərinin” yaradılmasının nəzəri əsasını təklif edib. Yaradılmış sistem H.Əliyev adına Neftayırma zavodunun kompressor stansiyasında, “Şirvan OİL” şirkətinin 190 quyusunda, Qarasu əməliyyat şirkətinin 10 quyusunda, “Bibiheybətneft”in 25 quyusunda və Balaxanı neft-qazçıxarma idarəsinin 2 quyusunda tətbiq olunmuşdur. Hər bir quyuda 50 faizə qədər elektrik enerjisinə qənaət və təmirlərarası vaxtın xeyli artması hesabına rentabellik 2 dəfəyə qədər yaxşılaşmışdır.

Akademik T.Əliyev tərəfindən qaz kompressor stansiyalarında qəzaların gizli dövrünü aşkar etməyə imkan verən robast noise monitorinq və nəzarət sistemi təklif edilmişdir. O, neftçıxarmada, energetikada, tikintidə, seysmikada, aviasiyada və s. sahələrdə qəzalara səbəb ola biləcək qüsurların noise monitorinq texnologiyaları vermiş, bunların əsasında noise monitorinq, nəzarət, diaqnostika, identifikasiya sistemlərinin işləmə prinsiplərinin nəzəri əsaslarını təklif etmişdir. Çeşidli sahələrdə qəzaların gizli dövrünün başlanmasına, onun inkişaf dinamikasına nəzarəti və proqnozlaşdırılmasını təmin edən hibrid texnologiyaların və “İntellektual hibrid noise nəzarət” sistemlərinin yaradılması prinsipləri işlənilmişdir.

Telman Əliyevin bir çoxu WoS (akademik materialların referativ bazalarını birləşdirən iri axtarış platforması) indeksli jurnallarda olmaqla, 600 yaxın elmi əsəri, həmçinin, dünyanın nüfuzlu elmi nəşriyyatlatından olan Springerdə 3 monoqrafiyası çap edilmişdir. Nyu Yorkda və Londonda çıxan mooqrafiyaları dünya elm ictimaiyyətinin diqqətini cəlb edib. Ümumiyyətlə isə akademik 35 monoqrafiyanın və 132 patentin müəllifidir, bunlardan 30-u Avrasiya patentidir. Onun rəhbərliyi ilə 12 elmlər və 37 fəlsəfə doktoru hazırlanıb.

“Ən çox oxunan məqalə” nominasiyası üzrə sertifikat da Telman Əliyevin mükafatlar kolleksiyasını bəzəyir: 4 iyul 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri akademik Telman Əliyevin beynəlxalq səviyyəli “Mechanical Systems and Signal Processing” jurnalında çap edilmiş məqaləsi “Tədqiqatlar sahəsində beynəlxalq nailiyyətlər və ən yaxşı məqalə” kateqoriyasında həmin nominasiyada fərqləndirilib.

O, elmi və elmi-təşkilatı fəaliyyət sahəsində xidmətlərinə görə 1991-ci ildə M.V.Keldış adına qızıl medala, 2004-cü ildə “Şöhrət” ordeninə, 2009-cu ildə “Əməkdar elm xadimi” adına, 2015-ci ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb. 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına gümüş medalla təltif olunub. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının döş nişanı da bu sıradadır. Bu ilin aprel ayında isə Elm Günü münasibətilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli T.Əliyevə əldə etdiyi elmi nailiyyətlərə və elmin populyarlaşdırılmasına verdiyi töhfələrə görə qurumun fəxri fərmanını təqdim edib.

Biz də fəxr edirik ki, həyat yollarında akademik Telman Əliyevlə rastlaşmışıq, görkəmli alimdən həm elmi, həm də həyati biliklər almışıq. Onu 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik, möhkəm can sağlığı, yeni elmi nailiyyətlər arzulayırıq.

Eldar ŞAHBAZOV,
Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrı elmlər doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri