Icma.az
close
up
RU
AMEA da “Qəhrəmanlığın və qalibiyyətin qan yaddaşı” adlı anım tədbiri keçirilib

AMEA da “Qəhrəmanlığın və qalibiyyətin qan yaddaşı” adlı anım tədbiri keçirilib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AMEA-da 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “Qəhrəmanlığın və qalibiyyətin qan yaddaşı” adlı ümumakademiya tədbiri keçirilib.

525.az xəbər verir ki, AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 20 yanvar tarixinin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. Akademik qeyd edib ki, Bakıya qoşun yeridilməsi və günahsız insanların qətlə yetirilməsi çökməkdə olan Sovet rejiminin daxili mənəvi iflasının və acizliyinin bariz nümunəsi idi.

Ümummilli lider Heydər Əliyevin həmin çətin günlərdə Moskvada verdiyi bəyanatın Azərbaycan həqiqətlərini dünyaya çatdıran ən kəsərli siyasi addım olduğunu xatırladan akademik İsa Həbibbəyli məhz bu cəsarətli bəyanatın ölkəmizdə milli azadlıq hərəkatının magistral yolunu müəyyən edərək, müstəqilliyə gedən yolu açdığını deyib.

Akademik çıxışında Şəhidlər Xiyabanının xalqımız üçün həm də müstəqillik və azadlıq mübarizəmizin əbədi ehramı və iftixar mənbəyi olduğu bildirib. Vurğulayıb ki, 20 Yanvar faciəsi tarixi və fəlsəfi baxımdan xalqımızın sarsılmaz iradəsini və milli varlığını bütün dünyaya nümayiş etdirən bir həqiqətdir.

Akademik İsa Həbibbəyli şəhidlərimizin tökülən qanının hədər getmədiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərimizin qazanıldığını, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu, bununla da şəhidlərimizin ali məqsədlərinin reallaşmış olduğu bildirib. Qeyd edib ki, müasir Azərbaycanın beynəlxalq arenada, o cümlədən Türk dünyasında artan nüfuzu və iqtisadi-siyasi gücü müstəqilliyimizin dönməzliyinin əsas təminatıdır.

Sonra çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvar faciəsi zamanı xalqın içərisindən çıxan ziyalıların və sadə vətəndaşların ümumi mənafe naminə birləşməsini milli azadlıq hərəkatımızın ən ali fədakarlıq nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, bu sarsılmaz birlik və xalqın ədalət səsi, həm müasir dövlətçilik modelimizin formalaşmasında həlledici rol oynayıb, həm də cəmiyyətimizin yenidən qurulmasına möhkəm zəmin yaradıb. Çıxışının sonunda o, Ümumxalq Hüzn Gününün xalqımızın iradəsini sınağa çəkən tarixi bir mərhələ olduğunu və bu fədakarlığın müstəqil Azərbaycanın sarsılmaz təməllərini təşkil etdiyini deyib.

AMEA AHİ-nin sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov çıxışında 20 Yanvar hadisələrini xalqın qəhrəmanlıq və sarsılmaz mübarizə əzminin zirvə nöqtəsi, milli mənliyimizin rəmzi kimi xarakterizə edib. Bildirib ki, günahsız insanlara qarşı tutulan qanlı divan totalitar Sovet rejiminin daxili qorxusunu və azadlıq hərəkatı qarşısında nə dərəcədə aciz qaldığını göstərirdi. S.Həsənov xüsusi olaraq vurğulayıb ki, Bakıya yeridilən 60 minlik sovet ordusu xalqın iradəsini sındıra bilmədi, əksinə, milli birliyə, müstəqilliyə gedən yolun dönüş nöqtəsinə çevrildi. Qeyd edib ki, bu vəhşət şair, yazıçı və alimlərimizin həm poeziyada, həm də elmi tədqiqat əsərlərində əbədiləşən qan yaddaşı, silinməz tarix oldu. Alim məhz Ulu Öndər Heydər Əliyevin siyasi cəsarəti, sarsılmaz iradəsi və xalqına olan sonsuz bağlılığı sayəsində bu faciənin əsl mahiyyətinin və Sovet rəhbərliyinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırıldığını bildirib.

Daha sonra AMEA Mülki Müdafiə Qərargahının rəisi Nizami Vəliyev, I Qarabağ müharibəsi şəhidi, Adgözəl Bəşirovun atası Aşur Bəşirov, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri, "Zəfər" ordeninə layiq görülmüş şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova çıxış edərək, 20 Yanvarın Azərbaycanın dövlətçilik şüurunun dirçəliş günü olduğunu vurğulayıblar. Bildiriblər ki, bu tarixi hadisə sadəcə bir təqvim günü deyil, nəsillərdən-nəsillərə ötürülən mənəvi güc mənbəyi və sarsılmaz vətənpərvərlik örnəyidir. Çıxışçılar bu fədakar mübarizənin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin mənəvi təməli olduğunu və torpaqlarımızın hər qarışının şəhidlərimizin əmanəti kimi qorunduğunu diqqətə çatdırıblar. Sonda qeyd olunub ki, milli birliyimizin rəmzinə çevrilən şəhidlərimizin xatirəsi həm dövlətimizin ali siyasətində, həm də xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Tədbirdə 20 Yanvara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda akademik İsa Həbibbəyli şəhidlərimizin xatirəsinin hər bir azərbaycanlı üçün müqəddəs olduğunu və xalqımızın onların qəhrəmanlığını hər zaman yaddaşlarında yaşadacağını deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Yanvar 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri