Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bakıda III Beynəlxalq keramika duet simpoziumu keçirilir

Bakıda III Beynəlxalq keramika duet simpoziumu keçirilir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 fevral, Nadiya Kafarova, AZƏRTAC

Bakıda III Beynəlxalq keramika duet-simpoziumu keçirilir. Simpoziumda Azərbaycanın tanınmış keramikaçısı və heykəltaraşı Mir Teymur Məmmədov və britaniyalı keramikaçı İrina Denev iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, fevralın 3-də heykəltaraşlar öz əsərlərini Bakıda geniş ictimaiyyətə təqdim edəcəklər.

Layihənin müəllifi Mir Teymur Məmmədovdur. İlk iki simpozium çərçivəsində Bakıya Qazaxıstan və Moldovadan keramikaçılar - Artyom Qorislavets və Valentin Rusu gəliblər. Simpoziumun əsas ideyası təcrübə mübadiləsi və ünsiyyətdir.

İrina Denev ilk dəfədir ki, Azərbaycandadır. Bakının, xüsusən də onun tarixi hissəsi olan İçərişəhərin gözəlliyi onu heyran edir. “İçərişəhər məni heyran edir. Böyük bir müasir şəhərdə özünəməxsus mədəniyyəti və həyat tərzi olan kiçik bir qala şəhərinin olması çox heyrətamizdir. Bakı sözün əsl mənasında Xəzər dənizinin ətri ilə doyub. Hər səhər İçərişəhərdəki eyvana qalxaraq Köhnə Şəhərin və Xəzər dənizinin mənzərəsini seyr edirəm.

Simpozium çox canlı keçir, biz bütün günü işləyirik. Keramika ən gözlənilməz materialdır, ona görə də sərgidə nə qədər əsərimi nümayiş etdirəcəyimi hələ dəqiq deyə bilmərəm. Üç heykəl hazırladım. Biz bişməmiş gildən hazırlanmış bir parça təqdim edə bilərik”, – deyə İrina Denev vurğulayır.

Fevralın 4-də Londonda İrina Denevin fərdi sərgisi açılacaq. O, Britaniya paytaxtında yaşayır və işləyir. İrina Denev 20 ildən artıqdır ki, artefaktlar əsasında xüsusi texnikalardan istifadə edərək sənət əsərləri yaradır. Öz bədii üslubunu axtaran İrina qədim və ənənəvi əl heykəltaraşlıq üsullarını öyrənib. Onun əsərləri ağır görmə qüsurlu rəssamın şəxsi səyahətinin kövrəkliyini əks etdirir. İrina genetik xəstəlik nəticəsində sol gözündə görmə qabiliyyətini itirib, sağ gözündə isə dar və məhdud görmə sahəsi yalnız kiçik bir “pəncərə” qoyur və onun vasitəsilə hələ də dünyanın gözəlliyini görə bilir. Sənətkar vaza formasında təqdim olunan insan bədəni şəklində həssas və toxunma heykəlləri yaradır. Onun əsərlərinin boyasız səthi insan ruhunun saf mahiyyətini təcəssüm etdirən çılpaq dəri fakturasını xatırladır. Vaza insan bədənini simvolizə edir, dünyanın müqəddəs başlanğıcını, ürəyin döyündüyü canlı vücudu və damarları təcəssüm etdirir.

Gil, bir material olaraq, İrina tərəfindən ilkinliyin simvolu, dünyanın yaradılmasından bəri mövcud olan material kimi qəbul edilir. Bu, ilk və ən qədim material, həyatın mənşəyinin və canlıların qayıtdığı yerin rəmzidir.

Hazırkı simpozium “Mən görürəm və hiss edirəm” mövzusuna həsr olunub.

Mir Teymur Məmmədov deyir: “Gil canlı və ruhu olan unikal materialdır. O, təkcə Yer kürəsi haqqında məlumatları özündə saxlamır, həm də ünsiyyət vasitəsidir. Dünyanın müxtəlif ölkələrinə getmişəm, tanınmış, təcrübəli keramikaçılarla ünsiyyətdə olmuşam, onlarla işləmişəm, bir çox simpoziumlarda iştirak etmişəm və əminliklə deyə bilərəm ki, həmfikirlərin, xoşbəxt və öz sənəti ilə fədakarlıqla məşğul olanların arasında olanda dil maneələri aradan qalxır. Bu, onların sevimli sənəti ilə bağlı söhbətlərdə təbii haldır. “İncəsənət sərhəd tanımır və hüdudsuzdur”, -deyə Mir Teymur Məmmədov qeyd edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri