Icma.az
close
up
RU
AMEA da Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin Baş Assambleyasının VIII iclası keçirilib

AMEA da Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin Baş Assambleyasının VIII iclası keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 5-də AMEA-nın Rəyasət Heyətində Akademiyanın 80 illik yubileyi çərçivəsində Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (UNASTW) Baş Assambleyasının VIII iclası keçirilib.

XQ xəbər verir ki, iclasda AMEA-nın 80 illik yubileyi çərçivəsində ölkəmizdə səfərdə olan Türk dünyasının Elmlər Akademiyalarının rəhbər heyətləri iştirak ediblər.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “XXI əsrin türkoloji çağırışları və Türkoloji Qurultaya hazırlıq” mövzusunda məruzə ilə çıxış edib. O, Prezident İlham Əliyevin AMEA-nın yubiley tədbirindəki çıxışının Azərbaycan elminin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli dövlət başçısının imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının tarixi əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə AMEA-da tədbirlər planının hazırlandığını bildirib.

AMEA rəhbəri Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin fəaliyyətini yüksək qiymətləndirib, təşkilatın türk dövlətləri arasında elmi inteqrasiyanın güclənməsinə mühüm töhfə verdiyini söyləyib. O, Birinci Türkoloji Qurultayda irəli sürülmüş ideyaların bu gün yeni tarixi şəraitdə gerçəkləşdiyini, türk dövlətləri arasında qardaşlıq və mədəni əməkdaşlığın artıq sistemli xarakter aldığını diqqətə çatdırıb. Həmçinin Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinə istinad edərək, elm və təhsil sahəsində birgə təşəbbüslərin strateji əhəmiyyətini vurğulayıb.

Azərbaycanda türkologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın elmi-tədqiqat institutlarında türkologiya ilə bağlı ixtisaslaşmış şöbələrin yaradıldığını, türk dillərinin müqayisəli tədqiqi və yeni elmi prioritetlərin müəyyənləşdirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib. O, həmçinin ortaq əlifba ideyasının bu gün Türk Dövlətləri Təşkilatı səviyyəsində reallaşdırıldığını və Azərbaycan alimlərinin bu istiqamətdə sanballı tədqiqatlar apardığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli AMEA-da Birinci Türkoloji Qurultayla bağlı müxtəlif dillərdə 10-a yaxın kitabın nəşr olunacağını da vurğulayıb.

Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev “Türk Dünyası Elmlər Akademiyalarının elmi inteqrasiya prosesi: nailiyyətlər və gələcəyə baxış” mövzusunda məruzəsini təqdim edib. O, tədbirdə iştirakdan məmnunluğunu ifadə edərək AMEA-nın 80 illik yubileyinin Azərbaycan elminin, mədəniyyətinin və texnoloji inkişafının mühüm göstəricisi olduğunu qeyd edib. Akademik Şahin Mustafayev, eyni zamanda, Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin və Beynəlxalq Türk Akademiyasının türk xalqlarının elmi-mədəni birliyinin möhkəmlənməsində xüsusi rol oynadığını vurğulayıb. Bildirib ki, Beynəlxalq Türk Akademiyası yarandığı vaxtdan Türk dünyasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın aparıcı mərkəzinə çevrilib, son illərdə isə fəaliyyəti Türk Dövlətləri Təşkilatının strateji baxışı ilə uyğunlaşaraq yeni məzmun qazanıb.

Akademik Şahin Mustafayev çıxışında Türk dövlətləri arasında elmi inteqrasiyanın dərinləşməsi istiqamətində həyata keçirilən birgə təşəbbüslərdən bəhs edib. O, 2023-cü ildə Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında Türk Akademiyasının fəaliyyət dairəsinə təbiət və tətbiqi elmlərin daxil edilməsinin elmi əməkdaşlıqda yeni mərhələ açdığını bildirib. Alim, həmçinin TÜBİTAK-ın “Türk Dövlətləri arasında Strateji Elmi Tədqiqat Əməkdaşlığı Gündəliyi” sənədinin hazırlanmasını, ortaq tədqiqatların maliyyələşmə mexanizmlərinin yaradılmasını və Türkologiya Yay Məktəbi proqramının gənc alimlər üçün elmi mübadilə platformasına çevrilməsini xüsusi qeyd edib. Vurğulayıb ki, süni intellekt, rəqəmsal texnologiyalar və iqlim dəyişiklikləri dövründə Türk dövlətlərinin birgə elmi fəaliyyəti həm regionun, həm də qlobal elmin inkişafına mühüm töhfə verir.

Tədbirdə Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin müddətli prezidenti və Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər “Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (UNASTW) 2024-2025-ci illər üçün fəaliyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında Türk dövlətləri arasında elmi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

TÜBA prezidenti 2024-cü ilin avqust ayında Qazaxıstanın Türküstan şəhərində keçirilmiş VI Türk Dövlətləri Yay Məktəbinin, eləcə də “Enerji” və “Türkologiya” mövzularında təşkil olunmuş elmi seminarların Türk dövlətləri arasında intellektual körpü rolunu oynadığını bildirib. Qeyd edib ki, bu kimi təşəbbüslər Beynəlxalq Türk Akademiyasının, TÜBA-nın, Türk Dil Qurumunun və digər tərəfdaş qurumların birgə fəaliyyəti nəticəsində gənc tədqiqatçıların beynəlxalq səviyyədə təcrübə qazanmasına imkan yaradır.

Tədbirdə, həmçinin Özbəkistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şavkat Ayupov, Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Askar Cumadildayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və digərləri çıxış edərək Türk dünyasında elmi əməkdaşlığın möhkəmləndirilməsi, ortaq elmi platformaların yaradılması və gənc alimlərin inteqrasiyasının təşviqi kimi məsələlər ətrafında fikirlərini bölüşüblər. Çıxış edənlər AMEA-nın elm sahəsində oynadığı aparıcı rolu yüksək qiymətləndirərək, Türk dövlətləri arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Sonra Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova qurumun prezidenti Aktotı Raimkulovanın AMEA-nın 80 illiyi ilə bağlı təbrik məktubunu səsləndirib.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva çıxış edərək Səmərqənddə keçirilən BMT-nin Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 43-cü Baş Konfransında 15 dekabr tarixinin Ümumdünya Türk Dili Ailəsi Günü elan edilməsi ilə bağlı qərarı diqqətə çatdırıb.

Sonda AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında “2026 Türkologiya Konqresi çərçivəsində anlaşma memorandumu” imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor Müzəffər Şəkər imzalayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see214

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see209

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see203

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see193

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see142

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see140

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see138

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see138

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see130

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see127

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see126

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see124

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see120

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see120

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

04 Noyabr 2025 10:00see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri