Icma.az
close
up
RU
Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin ikinci iclası keçirilib

Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin ikinci iclası keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astana, 23 oktyabr, AZƏRTAC

Anadolunun qədim şəhərlərindən biri olan Qaziantepdə Türk Akademiyasının nəzdində fəaliyyət göstərən Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) ikinci iclası keçirilib.

AZƏRTAC Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Tarix Qurumunun prezidenti Yüksel Özgen, Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutunun sədri Şaban Doğan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Monqolustan arxeologiya institutlarının rəhbərləri, həmçinin aparıcı arxeoloqlar və alimlər iştirak ediblər.

ARICA Türk Akademiyasının təşəbbüsü ilə yaradılıb və 2023-cü ildə Səmərqənddə rəsmi olaraq təsis edilib. Təşkilat birgə arxeoloji tədqiqatlar, təcrübə mübadiləsi və türk sivilizasiyası tarixinin öyrənilməsinə vahid elmi yanaşmanın inkişafı üçün beynəlxalq platformaya çevrilməyi qarşısına məqsəd qoyub.

Birliyin ilk iclası 2024-cü ildə Azərbaycanın Şuşa şəhərində keçirilib və burada birgə layihələrin inkişafı ilə bağlı əsas qərarlar qəbul edilib. İkinci tədbir Türkiyənin Qaziantep şəhərində baş tutub.

Səmərqənd, Şuşa, Qaziantep şəhərlərinin seçilməsi rəmzi xarakter daşıyır. Bu şəhərlərin hər biri Türk dünyasının tarixi xəritəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, həm də Orta Asiyadan Anadoluya qədər sivilizasiya məkanını birləşdirən qədim mədəniyyət irsinin mühafizəçisidir.

İclasın açılışında çıxış edən Türk Akademiyasının prezidenti Ş.Mustafayev qeyd edib ki, sovet dövründə türk cümhuriyyətlərində arxeoloji tədqiqatlar onların milli tarixləri, Türkiyədə isə klassik və Bizans arxeologiyası çərçivəsində aparılıb. Bunun nəticəsidir ki, Türk dünyasının arxeologiyasına vahid yanaşma formalaşmayıb. O əlavə edib: “Ümumi türk arxeologiyası” konsepsiyasının nəzəri əsasını hazırlamaq lazımdır. Bu, Birliyimizin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməlidir”.

İclas iştirakçıları öz ölkələrində aparılan arxeoloji qazıntıların gedişatını təfərrüatı ilə təqdim edən, sahə təcrübələrini bölüşən və əsas tədqiqatların nəticələri barədə məlumatları paylaşan məruzə və təqdimatlarla çıxış ediblər.

Tədbirin yekununda Türk dünyası ölkələri arasında birgə layihələrin işlənib hazırlanması və elmi əməkdaşlığın gücləndirilməsi niyyətini möhkəmləndirən Əməkdaşlıq Memorandumu imzalanıb.

Türk dünyasının arxeoloqları Ankaraya da səfər edib, burada Hacettepe Universitetinin Antropologiya laboratoriyası və HÜNİTEK laboratoriyasının işi ilə tanış olublar.

Qaziantepdə keçirilən iclasın iştirakçılarına, həmçinin Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutunun arxeometrik laboratoriyasında arxeoloji tapıntıların təhlili üzrə ən son metodlar və birgə tədqiqat layihələrinin nəticələri də təqdim olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri