Icma.az
close
up
RU
AMEA da “Üzeyir Hacıbəyli: ədəbi mədəni dəyərlər və mənəvi estetik zənginlik” mövzusunda elmi konfrans keçirilib

AMEA da “Üzeyir Hacıbəyli: ədəbi mədəni dəyərlər və mənəvi estetik zənginlik” mövzusunda elmi konfrans keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də AMEA-da “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə baş tutub. Konfrans çərçivəsində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən sərgi də təşkil olunub.

Konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin ölkə rəhbərinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamına əsasən keçirildiyini bildirib. Dövlətimizin başçısının Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edildiyini söyləyən akademik İsa Həbibbəyli akademiyanın elmi müəssisə və təşkilatlarında, regional bölmə və mərkəzlərində Üzeyir Hacıbəyliyə həsr olunan silsilə konfransların keçirildiyini, bir sıra kitabların çap olunduğunu, məqalələrin hazırlandığını diqqətə çatdırıb. O, bu günlərdə akademik Zemfira Səfərovanın “Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq karyerası” kitabının ingilis dilində işıq üzü gördüyünü deyərək, sözügedən nəşrin dahi bəstəkarın irsinin araşdırılması və dünyada tanıdılması istiqamətində böyük elmi-mədəni məxəz rolunu oynayacağını vurğulayıb.

AMEA rəhbəri Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət və musiqi tarixində oynadığı roldan bəhs edərək, onun “Sənsiz”, “Sevgili canan” kimi qəzəl incilərinə layiq musiqi əsərləri yaratdığını vurğulayıb. Qeyd edib ki, Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin, muğam və aşıq sənətinin incə xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yarada bilmişdir. O, Məhəmməd Füzulinin poeması əsasında “Leyli və Məcnun” operası ilə milli operamızın əsasını qoymuş, Azərbaycanın əsrlərdən bəri miras qalmış zəngin musiqisini ilk dəfə nota köçürmüşdür. Akademik İsa Həbibbəyli ötən il Məhəmməd Füzulinin 530 illik yubileyi çərçivəsində AMEA kollektivinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operasına baxışının təşkil olunduğunu xatırladıb.

Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri olan “Koroğlu” operası ilə bağlı fikirlərini bölüşən AMEA prezidenti bildirib ki, dünya musiqi incilərinin siyahısına daxil olan bu əsərdə bəstəkar Şərq-Qərb ənənələrinin tam vəhdətinə nail olub, vətənpərvərlik ideyasını dolğun şəkildə ifadə edib. Dərin məzmuna malik olan “Koroğlu” operasını dünya qəhrəmanlıq operasının nadir nümunələrindən biri kimi dəyərləndirib. Həmçinin dahi bəstəkarın “Arazbarı”, “Cəngi” əsərlərinin Azərbaycan milli mədəniyyətinin təkrarsız nümunələri olduğunu vurğulayıb.

Üzeyir Hacıbəylinin Azərbaycan musiqi elmini yazan şəxsiyyətlərdən olduğunu söyləyən AMEA rəhbəri onun “Azərbaycan xalq musiqisinin əsasları” adlı fundamental elmi əsərinin bu gün də musiqi dərsliyi kimi istifadə edildiyini deyib. Qeyd edib ki, bundan başqa, Üzeyir Hacıbəyli “Hesab məsələləri” adlı dərslik tərtib edib, dünya miqyasında böyük şöhrət qazanmış “Arşın mal alan” operettasını yazıb. Akademik İsa Həbibbəyli Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyətinə də toxunaraq, bəstəkarın mühacirətdə olan qardaşı Ceyhun Hacıbəyli ilə münasibətlərindən danışıb.

1945-ci ildə Akademiyanın 15 təsisçisindən birinin Üzeyir Hacıbəyli olduğunu vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, bu dahi şəxsiyyət AMEA-nın yaranmasında və inkişafında əvəzsiz xidmətlər göstərib.

“Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyət tarixində zirvədə dayanan dahi şəxsiyyətdir. Bəstəkarın möhtəşəm əsərləri musiqi mədəniyyətimizin inkişafına bu gün də güclü təkan verir və düşündürür”, - deyən AMEA rəhbəri ölməz sənətkarın musiqisinin xalqımızın zəngin xəzinəsi, mənəvi sərvəti olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli AMEA-da görkəmli bəstəkara həsr olunan ümumiləşdirilmiş və böyük həcmə malik kitabın hazırlandığını söyləyib.

Tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri professor İradə Köçərlinin “Dahi Üzeyir Hacıbəylinin elmi irsinə bir baxış”, həmin institutun şöbə müdiri professor Nailə Rəhimbəylinin “Ənənələrin sintezi və mədəniyyətin müasirləşməsi: Üzeyir Hacıbəylinin irsinin kulturoloji aspektdən təhlili”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri professor Adil Əsədovun “Muğamın fəlsəfi təqdimatına ilk söz müəllifi”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Şahbaz Musayevin “Üzeyir Hacıbəylinin publisistikası”, Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor İsmayıl Kazımovun “Üzeyir Hacıbəylinin felyetonlarının dili” və Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Leyla Məmmədovanın “Üzeyir Hacıbəylini dramaturgiyasında folklor kodları: xalq poetikasından bədii sintezə” adlı məruzələri dinlənilib. Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin və musiqi sənətinin inkişafında roluna toxunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see261

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see226

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see212

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see205

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see174

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri