Icma.az
close
up
RU
AMEA da Xalq şairi Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimatı olub

AMEA da Xalq şairi Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimatı olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 1 iyun, AZƏRTAC

Mayın 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın Xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimini giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq, Xalq şairi Sabir Rüstəmxanlının zəngin yaradıcılığını əks etdirən, uzun illərin bəhrəsi olan 15 cilddə nəşr edilən “Seçilmiş əsərləri”nin Azərbaycan ədəbiyyatına böyük töhfə olduğunu, eyni zamanda, gələcək nəsillərin, gənc alim və tədqiqatçıların istinad mənbəyinə çevriləcəyini söyləyib. Bildirib ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında vətəndaşlıq poeziyasının əsas simalarından biri olan Sabir Rüstəmxanlının yaradıcılığında ictimai-siyasi motivlər, ümummilli ideallar və yüksək vətəndaşlıq missiyası həmişə ön mövqedə olub.

O, 1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən “Azərbaycan” qəzetinin ilk baş redaktorunun Sabir Rüstəmxanlı olduğunu diqqətə çatdırıb, müstəqil dövlətçilik tariximizdə öz yeri olan bu qəzetin milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verdiyini bildirib.

AMEA prezidenti vurğulayıb ki, Sabir Rüstəmxanlı ədəbi mühitdə milli mövqeyi ilə seçilən və maraq doğuran sənətkardır. Böyük azadlıq ehtiraslarından doğan Sabir Rüstəmxanlı bədii irsinin bütün janrlarında toxunduğu məsələlər vətəndaşlıq qayəsi nümunəsində aparıcılığı ilə fərqlənir.

Akademik İsa Həbibbəyli Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinə Azərbaycanın tanınmış qələm adamlarının, müxtəlif nəsillərdən olan görkəmli alimlərin “Ön söz” yazdıqlarını bildirib. O, ədibin “Seçilmiş əsərləri”nin 15 cildliyinin Xalq şairi Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatındakı böyük yerini, bütün janrların inkişafındakı xidmətlərini əks etdirdiyini vurğulayıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığından, poeziyasının xüsusiyyətlərindən, ziyalı mövqeyindən və şəxsiyyət kimi daşıdığı məziyyətlərdən danışıb.

O, Sabir Rüstəmxanlının əsərlərinin Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçildiyini, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirdiyini vurğulayıb. Xalq yazıçısı Anar şairin “Seçilmiş əsərləri”nin 15 cildliyini ədəbiyyat tariximiz üçün dəyərli məxrəz kimi qiymətləndirib.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, professor Fəzail İbrahimli və digərləri çıxış edərək Azərbaycan ədəbiyyatının istiqlalçılıq və vətəndaşlıq salnaməsində Sabir Rüstəmxanlının mühüm yeri və böyük payı olduğunu bildiriblər. Qeyd olunub ki, nəfis tərtibatda işıq üzü görmüş bu 15 cildlik külliyyat şairin ən böyük sərvətidir və Azərbaycan ədəbiyyatının qiymətli səhifələrini təşkil edir.

Sonda çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri