Icma.az
close
up
RU
AMEA Həbibbəylinin əlyazmayla rəftarına münasibət bildirdi − Video

AMEA Həbibbəylinin əlyazmayla rəftarına münasibət bildirdi − Video

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Bildirilib ki, Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir:
“Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası İnstitutun fondunda mühafizə olunur.
Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilmişdir. Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına, əsərlərinə özünün ali münasibətini xüsusi ritualla ifadə etdikdən sonra xarici qonaqlara təqdim etmişdir.
Nədənsə sosial media AMEA rəhbərinin Nizami Gəncəvinin şəxsiyyətinə, ölməz sənətinə bəslədiyi xüsusi ehtiramı ifadə edən həmin məqamları ixtisar edərək ictimaiyyətə çatdırmışdır.
İsa Həbibbəylinin “Nizami Gəncəvi: Azərbaycandan-dünyaya” kitabı Bakıda və Ankarada nəşr olunmuşdur”.
Qeyd edək ki, AMEA prezidentinin XIV əsrə aid nadir Nizami Gəncəviyə məxsus əlyazmanı Vatikan nümayəndə heyətinə təqdim etdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 İyun 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri