Icma.az
close
up
RU
AMEA: milli zəka mərkəzi

AMEA: milli zəka mərkəzi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

II MƏQALƏ

Elmin inkişaf strategiyası

Azərbaycanda elmin inkişaf strategiyasını Prezident İlham Əliyev müəyyən etmişdir. Strategiya ölkənin 2030-cu ilə qədər dəqiq müəyyən edilmiş sosial-iqtisadi inkişaf kursuna uyğundur. Ümumi halda Azərbaycan elmi qüdrətli dövlət və yüksək rifah cəmiyyəti formalaşdırılmasına töhfələrini verməlidir. Bu çərçivədə Azərbaycan elmi dövlətçiliyə, müstəqilliyə və cəmiyyətin yüksək rifaha nail olmasına intellektual fayda verməlidir. Bu kimi məqsədlərə çatmağın təməl fəlsəfəsi belədir: intellekt milli sərvətə çevrilməlidir!

İntellektin milli sərvətə çevrilməsi kifayət qədər geniş məna anlamına malikdir. Prezident İlham Əliyev bütövlükdə ölkənin intellektual potensialının dövlətin, ölkənin və cəmiyyətin inkişafına xidmət etməsi zərurəti barədə geniş və dəqiq danışmışdır. Bu əsasda dövlət başçısı çox müxtəlif nitq və çıxışlarında Azərbaycan elmi qarşısında duran vəzifələr haqqında aydın, dolğun və dəqiq fikirlər ifadə etmişdir.

Təbii ki, Azərbaycanın elm və təhsilə aid hər bir təşkilatı Prezident İlham Əliyevin müəyyən etdiyi kurs üzrə fəaliyyət göstərməli və dövlət başçısının qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində özünün fəaliyyət proqramını hazırlamalıdır.

AMEA məhz həmin təməl üzərində yeniləşmə kursunu dəqiq müəyyən etmiş, özünün strateji inkişaf strategiyasını konseptual səviyyədə hazırlamışdır. Təşkilatın 2026-cı il 25 fevralda keçirilmiş Ümumi yığıncağında müzakirə edilən məsələlərə bu kontekstdə yanaşmaq doğru olardı.

AMEA-nın fəaliyyət fəlsəfəsi

Burada həmin məsələ üzərində qısa dayanmaq lazım gəlir. AMEA elmi fəaliyyətini tam olaraq Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursu əsasında qurmuşdur. Burada başlıca prinsip Azərbaycan elmini həm yaradıcılıq, həm də institusional olaraq ölkə rəhbərinin müəyyən etdiyi kursa uyğun inkişaf etdirməkdən ibarətdir.

Bu məqsədə çatmaq üçün AMEA rəhbərliyi ümumi yeniləşmə kursunu hazırlamışdır. Onun tərkibində elmi təşkilatda fəaliyyətin 7 prioritet istiqaməti müəyyənləşdirilmişdir. Həmin prioritet istiqamətlərin reallaşdırılmasının ümumi konseptual mexanizmləri “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi” adlı sənəddə öz ifadəsini tapmışdır.

Həm prioritet istiqamətlər, həm də inkişaf konsepsiyası və yol xəritəsi haqqında KİV-də informasiyalar verilmişdir. Burada 2026-cı il fevralın 25-də keçirilmiş ümumi yığıncaqda müzakirəyə çıxarılan məsələlər fonunda prioritetlərin bir sıra ümumi xarakterik cəhətləri üzərində dayanaq.

Prioritetlərin fəlsəfəsi

Onları qısa olaraq aşağıdakı kimi ifadə etmək olar: 1-ci, AMEA-nı azərbaycançılıq ideyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarını işləyib hazırlamaq üzərində Azərbaycanşünaslığın mərkəzinə çevirmək; 2-ci, Türk dünyası üzrə tədqiqatları genişləndirmək və bu istiqamətdə uyğun elmi və fəaliyyət proqramları hazırlamaq; 3-cü, rəqəmsallıq, süni intellekt və kibertəhlükəsizliklə bağlı məsələlərin humanitar və ictimai elmlərdə tədqiqini Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf kursuna tam uyğun şəkildə sistemli təşkil etmək, onun nəzəri və praktiki aspektlərinin vəhdətinə nail olmaq; 4-cü, geniş mənada dünya elminə inteqrasiyanı məqsədyönlü şəkildə təşkil etmək; 5-ci, “Gənc Akademiya” layihəsini həyata keçirmək; 6-cı, Akademiyada doktorantura təhsilini Qərb modelinə uyğunlaşdırmaq; 7-ci, AMEA-da idarəetmə strukturlarını yeniləşdirmək.

Bu istiqamətlərin ümumi fəlsəfi ruhu nədən ibarətdir? Onları vahid semantik “məkana gətirsək”, aşağıdakı mənzərəni görürük: AMEA hər şeydən öncə azərbaycançılıq əsasında azərbaycanşünaslığın elm kimi inkişafına nail olmaq əzmindədir. Bunun üçün ilk olaraq daxili yaradıcılıq və idarəetmə potensialını ən müasir tələblərə uyğun yeniləşdirməkdə qərarlıdır. Onun konkret reallaşma mexanizmlərini də müəyyən etmişdir: yaradıcılıqda - kollektiv yaradıcı komandaların formalaşdırılmaq; institusional təşkilatlanmada – Rəyasət Heyəti və elmi-tədqiqat institutlarında idarəetmə mahiyyətli və yaradıcı xarakterli yenidən strukturlaşma aparmaq. Bu iki altistiqamətin vəhdətində AMEA-nı prinsipial olaraq yeni yaradıcılıq və idarəetmə müstəvisinə çıxarmaq.

Belə bir mürəkkəb, çətin, lakin dövlətçiliyə, Azərbaycana xidmət baxımından çox güclü və səmərəli olan məqsədə nail olmaq üçün AMEA nüfuzlu və reytinqli elmi jurnallarla, elmi mərkəzlərlə, dünyanın müxtəlif ölkələrinin elmi təşkilatları, ayrıca türk dövlətlərinin elmi təşkilatları ilə əlaqələri dinamik inkişaf etdirir.

Bu istiqamətdə təşkilatın rəhbərliyi gecə-gündüz çalışır, böyük enerji sərf edir, zəhmət çəkir. Eyni zamanda, “Gənclər Akademiyası” və “Elektron Akademiya” yaratmaqla həm gənclərin elmi fəaliyyətini stimullaşdırmağa çalışır, həm də ən müasir informasiya texnologiyaları əsasında dünya elminə inteqrasiyaya konkret məzmun verir.

AMEA-nın 25 fevral iclası (qısa yazırıq) prioritet istiqamətlərin növbəti dəfə aktuallaşdırılması və gündəmə gətirilməsi baxımından çox əhəmiyyətli olmuşdur. Bu tezisin təsdiqi iclasda edilən məruzələrin məzmunundan tam aydın görünür - bura azərbaycançılıq, Azərbaycanşünaslıq, dünya elminə inteqrasiya və ayrıca türk dövlətlərinin elmi təşkilatları ilə əməkdaşlığın inkişafı (bu istiqamət cəmi iki gün sonra I Türkoloji Qurultaya həsr olunmuş beynəlxalq konfransda öz möhtəşəm ifadəsini tapdı), rəqəmsallıq, yeni informasiya texnologiyalarının tətbiqinin sosial və humanitar aspektləri, kibertəhlükəsizliklə mübarizə, Azərbaycan tibb və biologiya elmlərinin nailiyyətləri, AMEA-nın tədqiqat institutlarının fəaliyyətlərinin elmmetrik təhlili üzrə fikirlərin səsləndirilməsi daxildir.

3 sual

Vurğulanan faktların və 25 fevral iclasının fonunda meydana gələn bir neçə suala baxaq.

Birinci sual: görəsən, nəyə görə AMEA-nı götürdüyü yeniləşmə kursuna, müəyyən etdiyi prioritet istiqamətlərə, onları reallaşdırmaq üçün seçdiyi fəaliyyət modelinə görə tənqid etmirlər? Bununla bağlı şəxsən mən heç bir elmi tənqidi nümunəyə rast gəlməmişəm. Sanki AMEA elə hədəf kimi seçilmişdir ki, fəaliyyətini təhlil etmədən aşağılansın, sağlam tənqidi sərhədi keçməklə akademiklik, “AMEA-lılıq” təhqir olunsun və bu zaman milli əxlaqi normalar belə nəzərə alınmasın. Sizcə, bu nifrətin və qəbuledilməzliyin səbəbi nədir?

Əslində, bu cür qərəzli davranış modeli daha dərində olan, lakin açıq deyilməyən faktorlara bağlı ola bilər.

Birincisi, kimlərsə AMEA-nın Azərbaycan elminin dövlətçiliyə xidmət etmək xəttini qəbul etmirlər. Onlar elmin, ümumiyyətlə, dövlətçiliyə deyil, absurd və alturist dəyərlərsizliyə xidmət etməsini arzulayırlar ki, Azərbaycan cəmiyyətinin özünütəşkiletmə qabiliyyəti zamanın tələblərindən geri qalsın və bu dövlət güclənməsin.

İkincisi, azərbaycançılığın aparıcı olduğu Azərbaycanşünaslığın cəmiyyətin mənəvi, əxlaqi, mədəni və bütövlükdə ekzistensial qatlarına nüfuz etməsinə maneçilik törətmək sevdasına düşənlər ola bilər. Bunun bir adı var: azərbaycanlılığa, Azərbaycan xalqının mənəvi və intellektual dəyərlərinə xəyanət.

İkincisi, Azərbaycanın Türk dünyasının bir parçası olduğu, “bizim ailəmizin türk dünyası” olduğunu içdən qəbul etməmək. Bu şübhəni yaradan məqamlar ondan ibarətdir ki, “tənqidçilər” bir dəfə də olsun Azərbaycanın Türk dünyası ailəsinə məxsusluğunu akademik tədqiqatçıların lazımi səviyyədə tədqiq etmədiklərinə dair tutarlı arqument və ya araşdırma ortaya qoymamışlar.

Bu barədə kəlmə belə kəsmirlər (və ya kəsmək istəmirlər). Bu isə AMEA-da çalışanlar üçün “boz və süni tənqid mühiti” yaradır. Ona görə ki, bizlərin obyektiv, elmi, əsaslı, konkret ideya hədəfli tənqidlərə ehtiyacımız çoxdur.

Nəticə: Birbaşa və ya dolayısı ilə AMEA kollektivi ilğımlı (miraj), arqumentsiz, qondarma, antiəxlaqi, antimilli, antidövlətçi, şər-böhtan mahiyyətli saxta “tənqidi” proseslə üz-üzə qalır. Bu, nimdaş pencəkli minlərlə AMEA əməkdaşlarını nəinki incidir, həm də ruhuna zərər verir. Onlar bir-birinə sual edirlər: “bizlər çox az maaşla elmimiz üçün vicdan və məsuliyyətlə çalışırıq (qüsurlarımız da vardır), amma bunu ölkə Prezidentindən başqa qiymətləndirən və görən yoxdu.”. Və o görmək istəməyənlər, əcəba kimlərdir, hansı dairələrə və hansı məzhəblərə qulluq edirlər?

İkinci sual: Bəlkə, kimlər üçünsə Azərbaycanşünaslıq və türk ailəsinə mənsubluq ciddi dərdə çevrilmişdir? AMEA I Türkoloji Qurultaya həsr edilmiş möhtəşəm beynəlxalq tədbiri keçirəndə biri “türk sözlərini Azərbaycan mediasında qadağan edək” kimi absurd “təkliflə” çıxış etdi, paparissilikdə çox fəal olan KİV qismi isə konfransın işi ilə bağlı ümumi sözlərdən başqa bir izah vermədi.

Təsadüfdürmü? Deyildir. Burada ya laqeydlik və gözügötürməzlik, ya da ümumiyyətlə, elmi mahiyyətli ciddi təhlil etmək intellektinə sahib olmamaq halı vardır. İkinciyə inanmaq çətindir, çünki Azərbaycanda kifayət qədər rasional intellektual potensiala malik jurnalistlər, ekspertlər, analitiklər mövcuddurlar. Məsələn, baxın, Çindən başlayır, Yaxın Şərqdən çıxırlar. Və arada anti-Türkiyə ovqatlarını da nümayiş etdirirlər. Bəzi KİV orqanları isə, ümumiyyətlə, hətta xırda məsələlərdə belə türk dövlətləri haqqında iftira yazırlar (bu hal Türkiyə mediasında daha çoxdur).

Nəticə: Bu, faktiki olaraq, Azərbaycan Prezidentinin apardığı siyasətə sözdə dəstək verib, reallıqda isə onun əsas xəttinə qarşı çıxmaqdır. AMEA da bu aspektdə hədəfə çevrilir, çünki bu elmi təşkilat dövlət başçısının həyata keçirdiyi strateji kursuna tam dəstəyini rəsmi olaraq hazırladığı sənədlərdə bəyan etmişdir və praktikada onun həyata keçirilməsinə xidmət edən xətt yeridir.

Üçüncü sual: Nəyə görə, AMEA-nın “tənqidi” mediada aparılır, ölkənin elmi mühitində aparılmır? Yəni bu proses klassik anlamda “filankəsi vurmaq” kimi şəxsi məqsədə xidmət edirsə, bir vəziyyətdir. Yox, əgər məsələ, ümumiyyətlə, AMEA-nı seçdiyi yeniləşmə kursundan sapdırmaqdırsa, başqa situasiyadır. Hər iki variantın ölkə mediasını monitorinq edən və bir sıra rəsmi qurumlar tərəfindən araşdırılmasına ehtiyac yaranmamışdırmı?

Nəticə: AMEA kollektivinin öz haqlı və zəhmətli işini ictimaiyyətə daha geniş miqyasda və intensivlikdə obyektiv çatdırması zamanı çoxdan yetişmişdir. Bəziləri bizlərə sanki “əyri danışın, amma düz oturun” davranış kodunu yeritməyin izinə düşmüşlər. Onlar qədim Azərbaycan misalı olan “əyri oturaq, düz danışaq” əxlaqını təhrif edirlər.

“Alimlər elə oturdu”, “alimlər belə qalxdı”, “alimlər yatdı”, “alimlər belə baxdı”, “akademikin başına çətir tutdular” kimi ibarələr həmin saxtalaşdırma məqsədlərindən xəbər verir.

Ziyalı həmrəyliyi

Bunlara qarşı ilk növbədə alimlərin özləri durmalıdırlar. Harada və hansı təşkilatda işləməsindən asılı olmayaraq dəyərli Azərbaycan ziyalıları elmiliyi, alimliyi qorumalıdırlar. Obrazlı desək, Azərbaycan dövlətçiliyinə xidmət kontekstində alim həmrəyliyinə ciddi ehtiyac vardır. Bu bağlılıqda da Azərbaycanda ənənəvi olan alimlik və elmiliyin mənəvi-əxlaqi “qatı”na istənilən hücumu dəf etməliyik.

Ümumiyyətlə, ziyalılar dövlətçiliyi qorumağın əsas sütunlarından biri kimi, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun davamlı, qətiyyətli, konkret müsbət nəticəverici reallaşması üçün həmrəylik nümunəsi göstərməlidirlər. Bəlkə də bu işi davamlı, peşəkarcasına və konkret nəticə verən proses səviyyəsinə yüksəltmək üçün birgə fəaliyyət proqramı hazırlamaq zamanıdır. Elə bir fəaliyyət proqramı ki, orada yalnız və yalnız Prezident İlham Əliyevin ziyalılar qarşısında qoyduğu vəzifələri, verdiyi tapşırıqları yerinə yetirmək yer alsın!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2026 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see313

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see232

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see192

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see190

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see184

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see182

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see178

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see176

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see176

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see175

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see175

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see173

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see172

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see169

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see168

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see150

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see150

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see150

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see147

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri