İran rialı çökdü: Dollar tarixi rekordunu yenilədi KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 29-da İranın sərbəst valyuta bazarında ABŞ dolları öz tarixi zirvəsinə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə İran bazarındakı valyuta məzənnələrini izləyən TGJU saytının məlumatlarında bildirilir.
Məlumata əsasən, İranda sərbəst valyuta bazarında ABŞ dollarının məzənnəsi bazar günü ilk dəfə üç milyon rialı ötüb. Ticarət zamanı dolların qiyməti rekord həddə – 3 milyon 52 min riala yüksəlib.
Günorta saatlarında dolların satış qiyməti 3 milyon 28 min ilə 3 milyon 52 min rial arasında dəyişib. Həftənin əvvəlində 2,80–2,85 milyon rial olan dolların məzənnəsi, şənbə günü 2,99 milyonu keçərək, bazar günü səhər saatlarında 3 milyonluq səddi rəsmən geridə qoyub.
Belə ki, İran rialı Bakı vaxtı ilə saat 13:10-da tarixi minimuma enib. Daha sonra müəyyən qədər möhkəmlənən milli valyutanın fonunda saat 14:26-ya olan məlumata görə, bir dollar 2.99 milyon rial təşkil edib.
Rəsmi məzənnə isə bir dollar üçün təxminən 1.96 milyon rialdır.
Son bir həftədə sərbəst bazarda dollar 12%, son altı ayda 71%, son bir ildə isə 158% bahalaşıb. 2025-ci il noyabrın 29-da bir dollar təxminən 1,16 milyon rial olub.
Baxış sayı:61
Bu xəbər 29 Noyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















