Azərbaycanın ali təhsil müəssisələri niyə özünü maliyyələşdirə bilmir? AÇIQLAMA
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın ali təhsil müəssisələri niyə özünü maliyyələşdirə bilmir və dünyanın aparıcı ali təhsil ocaqlarından geri qalır? İqtisadçı Rauf Qarayev bunun səbəblərini izah edib. “Ali məktəblərin laboratoriyaları “kağız üzərində”dir. Bu “laboratoriyalar” tələbəyə və büdcə vəsaitinə möhtacdır. Dünyanın öndə olan universitetlərinin elmi laboratoriyaları var, orada alimlərin kəşfi, aparılan tədqiqatlar ali təhsil ocaqlarına əlavə gəlir gətirir. Qısası imkanları genişdir, onlara sərbəst fəaliyyət imkanı yaradılır. Onlar da kəşfi patentləşdirib bundan gəlir əldə etmək imkanı əldə edirlər”, söylətən
R.Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, bizim universitetlərə və kolleclərə muxtariyyət verilsə də, hələ gözləyirlər ki, nəsə möcüzə baş verəcək:

- Necə ki bəzi insanlar gözləyir kimsə qapılarını döyəcək və deyəcək al, bu pulu xərclə. Ali təhsil müəssisələri də kimlərinsə onlara vəsait verməsini gözləyir. Ali məktəbi bitirən tələbə, müxtəlif kurslara getməsə onun orada aldığı bilik heç kəsə lazım deyil. Misal üçün, UNEC-i bitirmiş tələbələr işlədiyim yerə yeni kadrlar gəlir. 2003-cü il təvəllüdlü şəxslərdir, hələ də mexaniki formada iş görürlər. Deyirsən, get kursa ən azı proqram öyrən, özünü inkişaf etdir, işini sürətləndirmək üçün adi excel proqramında düsdürlar qur, durub gözləyir ki kimsə bunu edəcək. Sanki 4 il, 5 il sadəcə vaxt itirib ki diplom alsın. Sabah iş üçün müraciət edəndə, desin diplomum var. Görünür, hələ biz çox işləməliyik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 15 Noyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















