Sibiqa: Xəyal quran Putinin bir problemi var...
Sia Az saytına istinadən Icma.az xəbər verir.
...Bu mərhələdə Rusiya Prezidenti Vladimir Putin ən yaxşı halda Avropadakı təsir dairələri deyil, mövcud təmas xətti boyunca ədalətli atəşkəs barədə danışıqlar apara bilər.
SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın xarici işlər naziri Andrey Sybiha bu barədə özünün X səhifəsində yazıb və Putinin Avropa təhlükəsizlik qaydalarının yenidən nəzərdən keçirilməsi üçün ideyalar irəli sürdüyünü xatırladıb.
...O, yuxularında özünü 1945-ci il Yalta konfransında görür. Problem ondadır ki, bu miqyaslı təkliflər vermək üçün əvvəlcə dünya müharibəsində qalib gəlməlidir, - deyə rəsmi vurğulayıb.
O, Rusiyanın Zaporojye bölgəsindəki Mala Tokmaçka kəndini "demək olar ki, ələ keçirmək" üçün dörd il səkkiz ay sərf etdiyini xatırladıb.
Bundan əlavə, təcavüzkar ölkə 1,6 milyondan çox əsgərini öldürüb və yaralayıb, lakin "işğalın tək bir məqsədinə çata bilməyib".
Xüsusilə, oktyabr ayında Rusiya 54.400 işğalçı itirib, Ukrayna isə Rusiyanın ələ keçirə biləcəyindən daha çox ərazini azad edib.
“Bu mərhələdə Putin ən yaxşı halda Avropadakı təsir dairələri deyil, mövcud təmas xətti boyunca ədalətli atəşkəs barədə danışıqlar apara bilər. Açığı, Avropanın yeni təhlükəsizlik qaydasına ehtiyacı yoxdur. Onun artıq Rusiyanın daim pozduğu bir qaydası var”, - deyə Sibiha vurğulayıb.
Ukraynalı nazir həmçinin əlavə edib ki, təhlükəsiz və azad Avropa üçün ən yaxşı plan Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymaqdır.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Noyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















