Icma.az
close
up
RU
AMEA nın kəşfi: “İlgilənməyi” məişətdə istifadə edin!

AMEA nın kəşfi: “İlgilənməyi” məişətdə istifadə edin!

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər mediada Türkiyə türkcəsindən gələn bəzi sözlərin – xüsusilə “ilgilənmək” və “bəlirləmək” ifadələrinin efirdə işlədilməsinin məqsədəuyğun olub-olmaması müzakirə olunur. Məsələ artıq ədəbi norma çərçivəsindən çıxaraq dil siyasəti müstəvisinə daşınır.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Təranə Şükürlü Axar.az-a açıqlamasında bildirib ki, bu sözlərin Azərbaycan dilində qarşılığı mövcuddur və bu səbəbdən onların ədəbi dildə işlədilməsi norma hesab olunmur. Onun sözlərinə görə, “ilgilənmək” və “bəlirləmək” tarixi baxımdan ortaq sözlər olsa da, ədəbi dil səviyyəsində deyil, məişət üslubunda istifadə oluna bilər.

Məhz burada əsas sual yaranır: tarixi baxımdan ortaq olan sözlərin dilə daxil olması niyə normadan kənar sayılmalıdır?

Əgər prinsip “qarşılığı varsa, işlədilməsin”dirsə, onda dilimizdəki bütün sinonimləri lüğətdən çıxarmalıyıq. Dilin zənginliyi məhz alternativlərin mövcudluğundadır.

Digər tərəfdən, “qarşılığı varsa, işlədilməməlidir” prinsipi əcnəbi dillərdən daxil olan sözlərə aiddir. Əgər dil “öz ailəsindən” – bu kontektdə Azərbaycan dili mənsub olduğu türk dili ailəsindən söz qəbul edirsə, burda hansı “yerli qarşılığından” müzakirəsi açıla bilər?

Efirdə “uje”, “okey”, “kontent”, “layk/like” kimi sözlər işlədiləndə ciddi reaksiya verilmədiyi halda, ortaq türk sözlərinin problem kimi təqdim edilməsi məntiqi suallar doğurur. Əgər məqsəd doğrudan da dilin saflığıdırsa, prioritet tamamilə yad və struktur baxımından dilimizə uyğunlaşmayan sözlər olmalıdır.

Üstəlik, “maraqlanmaq” sözünün özü də türk mənşəli “saf söz” deyil və alınmadır. Bu halda “ilgilənmək” niyə “daha yad” hesab olunmalıdır?

Dil tarix boyu qarşılıqlı təsir və sinxronlaşma üzərində qurulub. Azərbaycan və Türkiyə türkcəsi eyni dildir və təbii şəkildə bir-birini zənginləşdirir. Hazırda Türkiyə türkcəsində Azərbaycan türkcəsindən çoxsaylı sözlər qəbul edildiyini də müşahidə edirik. Bu, təbii prosesdir və bu proses süni şəkildə məhdudlaşdırılarsa, inteqrasiya necə baş verəcək? Bir tərəfdən ortaq əlifba, ortaq terminologiya müzakirə edilir, digər tərəfdən ortaq sözlərə “məişət səviyyəsi” statusu verilir.

Əgər türk dilindən alınan sözlərlə ingilis dilindən alınan sözlərə eyni prinsip tətbiq olunacaqsa, bu halda “ortaq dil ailəsi”nin məntiqi qalmır.

Dil qorunmalıdır – bəli. Amma qoruma ilə qapalı sistem yaratmaq eyni şey deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Mart 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri