Icma.az
close
up
RU
AMEA nın yeganə 1 ci dərəcli Qarabağ qazisinə qarşı qərəzli ayrı seçkilik

AMEA nın yeganə 1 ci dərəcli Qarabağ qazisinə qarşı qərəzli ayrı seçkilik

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AMEA rəhbərliyi Prezidentin, 1-ci vitse-prezidentin tapşırığına da məhəl qoymur

Həsən Həsənov DQMV-də işləmək üçün EA-ya telefonoqramma göndərdiyini unutmayıb ki?

Gündəmi “elit məmurların” Ramiz Mehdiyevlə bağlı anıları-xatirələri işğal edib. Hamı YAP iqtidarının ən ali ödülü saydığı “Heydər Əliyev” ordenli keçmiş PA, AMEA rəhbərinin Heydər Əliyevə hansısa xəyanətindən, özünün sədaqətindən xatirələri “sandıqdan çıxarır”. İnsanlar da çaşıb qalıb, bilmir ki, Ramiz Mehdiyev 24 illik PA rəhbəri dönəmində, yoxsa 2 il yarımlıq AMEA prezidentliyində çox xəyanət edib. Elə bil, ölkədə hakimiyyət dəyişikliyi olub, xatirələr adamı lap 1920-ci il bolşevik işğalının ilk günlərinə aparır.  

Nə isə çox da uzağa- 105 il qabaqkı qanlı tarixin xatirələrinə dalmayaq, 35 il öncəyə dönək. O çağlar Azərbaycan Nazirlər Sovetinin sədri olmuş Həsən Həsənovun xatirələri də yayılıb. 85 yaşlı keçmiş baş nazir Heydər Əliyevlə telefonla danışmasını açıb-ağardıb. Telefon deyəndə Həsən Həsənovun həmin 1990-cı il(lər)də Azərbaycan Elmlər Akademiyasının (sonra “milliləşib” AMEA oldu- M. B.) institutlarına göndərdiyi telefonoqrammanı xatırladım. Nazirlər Sovetinin sədri Yuxarı Qarabağın (o vaxt DQMV- Dağlıq Qarabağ Muxtar Vilayəti) elm-təhsil müəssisələrində könüllü işləmək istəyən kadrlar axtarışına çıxmışdı. O yekəlikdə Elmlər Akademiyasından bircə bu sətirlərin yazarı Həsən Həsənovun telefonoqrammasına cavab verib,  Qarabağın dağlıq hissəsində işləməyə getməyə ərizə vermişdi. Hətta işlədiyi Neft Kimya Prosesləri İnstitutunun kadrlar şöbəsinin müdirinin məktəb direktoru təklifinə sıradan müəllim kimi çalışmağı daha üstün tutduğunu demişdi. Həsən Həsənov, görəsən, o telefonoqrammanı unutmayıb ki? Telefonoqrammasına bircə nəfərin cavab verməsi iş yerimizin Qarabağa toplam dəyişməsinə gətirmədi,  baş nazirin milli niyyəti gerçəkləşmədi.

Bunları niyə yada salıram? Müəllim kimi o vaxt Qarabağa könüllü işləməyim alınmasa da, könüllü olaraq Qarabağ savaşına qatıldım, AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ əlili , qazisi adını qazandım. İtirdiyimsə sağlamlığım, AMEA-nın Şərifzadə küçəsindəki yataqxana otağı oldu. Bəli, bəli, Qarabağda savaşda olanda AMEA İşlər İdarəsi kimya doktoru ömür-gün yoldaşımı 2 körpə uşaqla yataqxanadan çıxarıb, “alimlər evi”ni AMEA-ya aid olmayanlara satıb. Yerində tikilən evdən söz verisə də, mənzil verilməyib. Akademik “ordu”, işlər müdiri , katibələri, sürücüləri ... mənzil kolleksiyalarını daha da zənginləşdirib, AMEA üzrə yeganə Qarabağ əlili ailəsinə savaşda olanda məhrum olduğu əmlakının əvəzini belə verməkdən imtina edilib. Heç Xızıda torpaq ayrılanda da, Bakıda bağ sahələri veriləndə də, müraciət etsəm də, AMEA üzrə yeganə Qarabağ əlili ailəsinə nə torpaq, nə bağ sahəsi ayrılıb. Heç öz pulumla institutun yanında tikilən evdən də mənzil hüququm tanınmayıb. Hətta direktora ərizəmə cavab olaraq “ödənişsiz mənzillə təmin olunsun” dərkənarı da ev hazır olanda unudulub. Heç demə, BŞİH Qarabağ əlilinə nəzərdə tutulan mənzili özünə götürüb. (?) BŞİH-in gözü elə mənim ikiotaqlı mənzilimə necə düşüb? İndi AMEA üzrə yeganə Qarabağ əlili ailəsinə “güzəşt” edilib, öncədən 22 min manat, ayda 858 manat ödəməklə 3 ilə Bakıdan kənarda mənzil yiyəsi olmaq şansı var. Bunun nəyi güzəşt oldu? Eldə deyildiyi kimi, ölmə eşşəyim , ölmə, yaz gələr, yonca bitər. Bəyəm bu yekəlikdə AMEA-nın özünün yeganə 1-ci dərəcəli Qarabağ əlilinə, öz pulu ilə hazır mənzil ayrılmasına gücü çatmır? BŞİH indi başqa evlərdən götürdüyü mənzillərdən birini AMEA-ya ayırsın, öz pulumla alım. Sadəcə, 3 il gözləməyim, elə AMEA güzəşt etsin, onun büdcəsinə aylıq mənzil haqqı ödəyim. Olmaz? Yox, olmazmış. Hələ ki, Prezidentdən, 1-ci vitse-prezidentdən gələn göstərişlərə AMEA rəhbərliyi “olmaz” deyir.

Heç işdə irəli çəkilməyinə də yerli qanunvericiliyin, BMT-nin Əlil Hüquqları Konvensiyasının tələbinə zidd olaraq imkan verilmir. Hətta 1-ci vitse-prezidentdən gələn tapşırığa da AMEA rəhbərliyi ştat cədvəlinin kənardan gətirilmə kadrlarla dolduğunu bildirib. Necə olur,  Qarabağın qanlı-qadalı günlərində  orada nəinki yüksək , heç adi vəzifələrdə işləməyə kadr tapılmır, amma müəllim işləməyə ərizə verən , sonra AMEA üzrə yeganə Qarabağ əlili olan şəxsə AMEA-da adi bir mütəxəssis işi də yoxa çıxır? Bəyəm Qarabağ əlili elə işlər , kadr , həmkarlar müdiri işləyə bilməz? Vəzifə , mənzil yalnız Qarabağ darda olanda “balarının xatirini” el-obadan üstün tutanlara verilir? Biz bəyəm bala saxlamırıq ?

Nə isə, olan olub, İndi Qarabağa heç qazi kimi də gedə bilmirik, iş, vəzifə o yana qalsın. Amma “burnumun ucu göynəyir”. İndiki Baş nazir bir telefonla “burun göynəyini” kəsə bilməz? Yox, portal icazə vermir...

Məğrur BƏDƏLSOY

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri