AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan XII Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın iştirakına dair müzakirələr aparılıb.
525.az xəbər verir ki, iclasda AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov məsələ ilə bağlı məlumat verib. O bildirib ki, AMEA kitab festivalında öz pavilyonu ilə təmsil olunacaq və Akademiya əməkdaşlarının əsərləri beynəlxalq ictimaiyyətə təqdim ediləcək.
S.Qəhrəmanov kitab festivalı çərçivəsində AMEA-nın təşkilatçılığı ilə oktyabrın 21-də “Birinci Türkoloji Qurultay – 100” nəşrlərinin, oktyabrın 23-də isə “Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri”nin təqdimatlarının keçiriləcəyini söyləyib.
Akademik İsa Həbibbəyli AMEA-nın XII Bakı Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə iştirakı ilə bağlı müvafiq tapşırıqlarını verib. Həmçinin festival çərçivəsində UNESCO və AMEA-nın birgə təşkilatçılığı ilə “Xəttatlıq və əlyazmalar” mövzusunda tədbirin keçiriləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Oktyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















