XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil ediləcək builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.
Tədbirdə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları da iştirak edəcəklər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil ediləcək. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş platformalar fəaliyyət göstərəcək.
Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Oktyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















