Icma.az
close
up
RU
AMEAda “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

AMEAda “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 9-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimat mərasimi keçirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabın müəllifi Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri professor Əli Qafqasyalıdır. Kitabın ilk səhifələri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Nazim Hikmət sənətinin hikməti” adlı “Ön söz”ü ilə başlayır. Kitaba həmçinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Ön söz” yazıb.

Təqdimat mərasimində dövlət rəsmiləri, Türkiyədən gəlmiş qonaqlar, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatşünas alimlər, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.

Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq ölkə başçısının Türk dünyası ilə əlaqələrin gücləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirdiyini qeyd edib. O, dövlət başçımızın andiçmə mərasimindəki çıxışı zamanı “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur!”, - ifadəsi ilə ölkəmizin Türk dünyasına olan baxışını, bu istiqamətdəki siyasətini açıq şəkildə elan etdiyini bildirib. Bugünkü tədbirin Türk dünyası birliyinin daha bir nümunəsi olduğunu söyləyən akademik İsa Həbibbəyli AMEA-da türkologiyanın inkişaf etdiyini, Türk dünyası ilə bağlı önəmli tədqiqatların aparıldığını, AMEA-nın bir sıra elmi müəssisələrində bu istiqamətdə yeni şöbələrin yaradıldığını, eləcə də Akademiyada Türk dünyasının elmi qurumları ilə əlaqələrin daha da genişləndirildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli ötən həftə AMEA-da Türk dünyası ölkələrinin nümayəndələrinin iştirakı ilə III Beynəlxalq Türkoloji Konqresin keçirildiyini xatırladıb, sözügedən tədbirin Türk dünyasının bütövlüyünün, tamlığının və daha da möhkəmlənməsinin ən mühüm nəticələrindən biri kimi mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

AMEA rəhbəri XX əsr dünya ədəbiyyatının böyük simalarından olan Nazim Hikmətin zəngin irsindən bəhs edərək, şairin həyat və yaradıcılıq yolunun Azərbaycanla bağlı məqamlarına diqqət yetirib. Bildirib ki, şairin 1928-ci ildə ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı – “Günəşi içənlərin türküsü” nəşr olunub. Şairə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. Məqalə “Günəşi içirik... günəşlənirik” adlanırdı. Əli Nazim böyük türk şairinin çağdaş Azərbaycan şeirinə göstərdiyi təsiri xüsusi vurğulayıb.

Sovet İttifaqında mühacirətdə yaşamış məşhur türk şairi Nazim Hikmət haqda düşüncələrini bölüşən akademik İsa Həbibbəyli onun bir çox şeirlərinin dünya ədəbiyyatında təkrarsız olduğunu vurğulayıb. Alimin sözlərinə görə, Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkardır. O, romantik ruhlu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib.

AMEA prezidenti bildirib ki, ölkəmizdə Nazim Hikmət haqqında ciddi araşdırmalar aparılıb, çoxsaylı kitablar, monoqrafiyalar, əsərlər, dissertasiyalar yazılıb. Şairin irsinin ən böyük tədqiqatçılarının da azərbaycanlılar olduğunu söyləyən akademik İsa Həbibbəyli türkoloq-alim Əkbər Babayev, professor Tofiq Məlikli və digərləri tərəfindən ədibin yaradıcılığının dərindən öyrənildiyini qeyd edib. O, akademik Fəraməz Maqsudovun Nazim Hikmət yaradıcılığının heyranı olduğunu, şairin şeirlərini əzbər bildiyini və səsləndirdiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli, həmçinin Moskvada Nazim Hikmətin məzarını və Türkiyədə Gülhanə Parkını ziyarət etdiyini söyləyib.

“Nazim Hikmət dünya sərbəst şeirinin babasıdır”, - deyən AMEA prezidenti ədibin yaradıcılığının daha dərindən öyrənilməsinin zəruriliyini qeyd edib. O, ictimaiyyətə təqdim olunan “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının Türkiyə-Azərbaycanın müştərək işi kimi böyük əhəmiyyət kəsb etdiyini bildirib, nəşrin Türkiyədə də yayılmasının vacibliyini vurğulayıb.

Sonra nəşrin müəllifi Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı bölümünün rəhbəri professor Əli Qafqasyalı çıxış edərək kitabın məziyyətlərindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Professor Əli Qafqasyalı Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi və sarsılmaz olduğunu söyləyib, Türk dünyasının ortaq ədəbiyyatının hazırlandığını diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin Sosial Elmlər İnstitutunun direktoru Necdet Tozlu, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, tənqidçi-ədəbiyyatşünas, filologiya elmlər doktoru, Milli Məclisin deputatı Elnarə Akimova, Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova və digərləri çıxış edərək ədibin Azərbaycan ədəbiyyatına, o cümlədən Sovet ədəbiyyatına ciddi təsir göstərdiyini qeyd ediblər. Çıxışlarda Nazim Hikmətin Azərbaycan, Türkiyə və dünya ədəbiyyatı tarixində hər zaman xatırlanan söz dünyasının nəhənglərindən olduğu vurğulanıb.

"AzPolitika.info"






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri