Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini ilə görüş keçirilib

Şərqşünaslıq İnstitutunda Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini ilə görüş keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 27 may, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini, ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinovla görüş və “İslah və təcdid” kitabının təqdimatı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, rusiyalı qonaq ilk olaraq AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Damir Muxetdinovun daha öncə Şərqşünaslıq İnstitutunda ötən il oxuduğu mühazirə xatırlanıb, Şərqşünaslıq İnstitutunda İslam dini ilə bağlı aparılan tədqiqatlardan söhbət açılıb.

Daha sonra Damir Muxetdinovun Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşü və “İslah və təcdid” kitabının təqdimatı keçirilib.

Akademik Gövhər Baxşəliyeva professor Damir Muxetdinovun İslam dini sahəsində araşdırmaları ilə tanınan alimlərdən olduğunu və dəyərli tədqiqatları ilə seçildiyini deyib.

Professor Damir Muxetdinov tədbir iştirakçılarına Quranın Rusiyada olan əlyazmaları və nəşrləri barədə mühazirə oxuyub, “Medina” nəşriyyatının Rusiya quranşünaslığına töhfələrindən bəhs edib.

Sonra mühazirəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra Damir Muxetdinov müəllifi olduğu “İslah və təcdid” kitabını təqdim edib. Kitabda qlobal çağırışlar dövründə İslamda baş verən proseslərin dərkindən bəhs edilir. Müəllif yenilənmə (təcdid) fenomenini İslam ənənəsinin ayrılmaz bir hissəsi kimi diqqət mərkəzində saxlayır. İslamın dərkinin yeni metodologiyası, kontekstual ictihad nəzəriyyəsi, İslam əxlaqının müasir dünyada yeri, dinin fəlsəfəsi və digər məsələlər təhlil edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri