Amerikada soydaşımıza yüksək vəzifə VERİLDİ
Modern.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-da yaşayan soydaşımız, Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü Tərlan Əhmədova yüksək vəzifə verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, o, qubernator Janet T. Mills tərəfindən Meyn ştatının Qubernatorluq Siyasət İnnovasiyası və Gələcək İdarəsi yanında Yeni Amerikalılar Ofisinin (Office of New Americans) birinci direktoru təyin edilib.
Tərlan Əhmədov bundan öncə Meyn Əmək Departamentində ştat üzrə məşğulluq proqramlarına nəzarət edib, Qaçqınlar və İmmiqrasiya İdarəsində rəhbər vəzifədə çalışıb, Qaçqınların Məskunlaşması Federal Proqramının koordinatoru olub.
Ştatın rəsmi internet səhifəsində Tərlan Əhmədovun yeni təyinatı ilə bağlı məqalə dərc olunub.
Baxış sayı:62
Bu xəbər 21 Dekabr 2024 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















