Amerikadan gətirilən alman və yapon maşınları bahalaşacaq
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikadan Azərbaycana idxal olunan avtomobillərin qiymətinin artacağı proqnozlaşdırılır.
Milli.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 2 gün əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcəyini bildirib.
Qərar aprel ayının 2-dən qüvvəyə minəcək və ABŞ-yə idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.
Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli bildirib ki, sözügedən qərar hərrac vasitəsilə ölkəmizə Amerikadan gətirilən avtomobillərin qiymətinə təsir edəcək.
Onun sözlərinə görə, qərarın qüvvəyə minməsinə bir neçə gün qalsa da, artıq hərracla satılan yeni avtomobillərin qiymətində artım tempi müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra qiymət artımı konkret faiz üzərindən ifadə oluna biləcək.
Qeyd edək ki, amerikalı ekspertlər də qərardan sonra qiymətlərin artacağını bildiriblər. Hazırda ölkəmizə 2-ci əl avtomobillər əsasən Amerika və Koreya bazarlarından gəlir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Mart 2025 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















