Icma.az
close
up
RU
Amerikalı ekspert: “Konqresmen Şermanın Cənubi Qafqaz siyasəti ciddi araşdırılmalıdır” ÖZƏL

Amerikalı ekspert: “Konqresmen Şermanın Cənubi Qafqaz siyasəti ciddi araşdırılmalıdır” ÖZƏL

Icma.az, Bizim media saytına istinadən bildirir.

ABŞ Konqresində erməni lobbisinin əsas oyuncaqlarından biri demokrat konqresmen Bred Şermandır. Son günlərdə isə onun fəaliyyəti ilə bağlı bir sıra qaranlıq məqamlar üzə çıxıb. Belə ki, müxtəlif kanallar vasitəsilə erməni lobbisindən külli miqdarda vəsait alan Şermanın Konqresdəki 30 illik fəaliyyəti faktiki olaraq erməni sepratizmi və terroruna dəstəkdən ibarət olub.
Bundan əlavə, Şermanın dəfələrlə şəxsi və iş həyatındakı qalmaqallarla gündəmə gəlib. O təyyarədə porno izləməsi, o cümlədən ofisində qadınlara qarşı cinsi qısnama əməlləri ilə ciddi tənqid hədəfinə tuş gəlib. Üstəlik, Şerman seçki kampaniyası üçün aldığı ianələri də şəxsi məqsədləri üçün istifadə edib.  
Şermanı Rusiya ilə nə bağlayır?
Şermanın fəaliyyətində ən diqqətçəkən məqamlardan biri də onun fəaliyyətinin Rusiyanın maraqları ilə üst-üstə düşməsidir. Şermanın təşəbbüsləri ABŞ-nin cari strateji prioritetləri ilə ziddiyyət təşkil edir. O, regionda sülh, kommunikasiya və enerji təhlükəsizliyi xəttini çətinləşdirməklə, faktiki olaraq Rusiya üçün əlverişli olan status-kvonun qorunmasına töhfə verir. 
Digər tərəfdən, Şerman ANCA-dan (Armenian National Committee of America) ianə və siyasi dəstək alır, ANCA isə öz növbəsində Rusiyaya bağlı separatçıları qorumağa çalışır. Şerman isə Konqresdə separatçıların azad olunması üçün qanun layihəsi hazırlamaqla, Rusiyanın marionetlərinə qalxan rolunu oynamış olur.
Bəs, barəsində bu qədər qalmaqallar, qanun pozuntuları olan konqresmen niyə cəzalandırılmır?
Amerikalı təhlükəsizlik eksperti İrina Tsukerman Bizim.Media-ya açıqlamasında ABŞ Konqresinin üzvü Bred Şermanın fəaliyyəti ilə bağlı bir sıra məsələlərin daha ciddi araşdırılmasının vacibliyini bildirib.
Onun sözlərinə görə, xüsusilə Şermanın erməni lobbisi, o cümlədən Erməni Milli Komitəsi (ANCA) ilə uzunmüddətli münasibətləri diqqət çəkir.
“Sherman ilə ANCA arasındakı münasibətlər bir neçə seçki dövrünü əhatə edən davamlı siyasi əməkdaşlıq təsiri yaradır. ANCA onun fəaliyyətini mütəmadi olaraq yüksək qiymətləndirib. Şermanın özü də bu təşkilatla görüşlərini və əməkdaşlığını açıq şəkildə nümayiş etdirib”, – deyə Tsukerman bildirib. 
Ekspertin fikrincə, burada əsas məsələ siyasi maliyyə, donor şəbəkələri və lobbiçilik fəaliyyətinin Konqres üzvünün qərarlarına nə dərəcədə təsir etməsidir.
“Seçicilər bilməlidirlər ki, kampaniyanı kim maliyyələşdirir, böyük maliyyə toplama tədbirlərini kim təşkil edir, hansı lobbi qrupları konqresmenlə görüşür və həmin görüşlərdən sonra hansı siyasi addımlar atılır. Seçki maliyyələşdirilməsi qaydalarına əməl olunub-olunmadığı da ayrıca araşdırılmalıdır. Şəffaflıq yalnız qanuni limitlərə riayət etməklə məhdudlaşmamalıdır”, – Tsukerman vurğulayıb.
Cənubi Qafqaz siyasətində qərəzli yanaşma
Tsukerman Şermanın Cənubi Qafqaz siyasətinin də ayrıca araşdırılmalı olduğunu düşünür.
“Şerman uzun illər ərzində Azərbaycanın əleyhinə, Ermənistan və keçmiş separatçı qurumun lehinə mövqelər nümayiş etdirib. O, Azərbaycana qarşı sanksiyaları, ABŞ-ın Azərbaycana hərbi yardımının məhdudlaşdırılmasını və Ermənistanla bağlı müxtəlif yardım paketlərini dəstəkləyib”, – ekspert deyib.
Onun sözlərinə görə, diqqət çəkən məqamlardan biri də Şermanın keçmiş “Artsax” və Ermənistan üçün ən azı 100 milyon dollarlıq təcili yardım paketinə çağırış etməsidir. Ekspert hesab edir ki, Vaşinqtonun Cənubi Qafqaz siyasəti ayrı-ayrı lobbi qruplarının maraqlarından deyil, ABŞ-ın real strateji maraqlarından çıxış etməlidir.
“Cənubi Qafqaza əsasən erməni millətçi narazılıqları prizmasından yanaşmağa davam etmək getdikcə daha ciddi strateji təhriflərə səbəb ola bilər. Ermənistanın özünün də Rusiyadan tarixi asılılığını azaltmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, Qərb investisiyalarını cəlb etmək və regional bağlantılarda iştirak etmək maraqları var. Köhnə lobbiçilik narrativlərinə bağlı qalan amerikalı siyasətçilər istəmədən Ermənistanın suverenliyini gücləndirə biləcək və eyni zamanda ABŞ maraqlarına xidmət edə biləcək regional transformasiyanın qarşısını ala bilərlər.
Region enerji, nəqliyyat və təhlükəsizlik baxımından ABŞ üçün getdikcə daha vacib olur. Buna görə Azərbaycan və Ermənistanla bağlı siyasət Rusiyanın və İranın təsirinin azaldılması, Şərq-Qərb nəqliyyat bağlantılarının inkişafı, enerji təhlükəsizliyi və davamlı sülh kimi məsələlər əsasında qiymətləndirilməlidir”, – o qeyd edib.
Şəxsi etika və seksual qısnama iddiaları
Tsukerman Şermanın şəxsi davranışı və Konqresdəki ofisinin iş mühiti ilə bağlı məsələlərin də nəzərdən keçirilməli olduğunu deyib.
“2025-ci ildə Şermanın təyyarədə seksual xarakterli görüntülərə baxması ilə bağlı yayılan fotolar onun şəxsi etik davranışı haqqında suallar yaratdı. Daha ciddi məsələ Şermanın keçmiş əməkdaşları ilə bağlı seksual xarakterli davranış iddiaları və Konqres ofisindəki iş mühiti barədə ortaya çıxan suallardır.
Konqres üzvü rəhbərlik etdiyi ofisdəki iş mühitinə görə institusional məsuliyyət daşıyır. Yüksək vəzifəli əməkdaşlarla bağlı şikayətlərə necə baxıldığı, əməkdaşların təzyiqdən qorunub-qorunmadığı və müstəqil şikayət mexanizmlərinin olub-olmadığı araşdırılmalıdır”, – Tsukerman deyib.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Avqust 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri