Avropalıların ömür uzunluğu 81,7 yaşa yüksəlib
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) ölkələrində orta ömür uzunluğu artmaqda davam edir.
2024-cü ildə bu göstərici əvvəlki illə müqayisədə 0,3 il artaraq 81,7 yaşa yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, Avropa Statistika Bürosu (Eurostat) Aİ ölkələrində orta ömür uzunluğu ilə bağlı 2024-cü ilin göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, ən yüksək orta ömür uzunluğu 84,1 yaşla İtaliya və İsveçdə qeydə alınıb.
İspaniya 84 yaşla ikinci, Lüksemburq 83,5 yaşla, Malta isə 83,3 yaşla növbəti yerlərdə qərarlaşıb. Fransada orta ömür uzunluğu 83,1 il, Almaniyada isə 81,5 il təşkil edib.
Ən aşağı göstəricilər isə Bolqarıstan, Rumıniya və Latviyada qeydə alınıb. Belə ki, Bolqarıstanda orta ömür uzunluğu 75,9, Rumıniyada 76,6, Latviyada isə 76,7 yaş olub.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 Noyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















