Amorim MYni ÇLə aparacağına söz vermədi
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın cari mövsümün sonunda İngiltərə Premyer Liqasını ilk "4-lük"də başa vurmaq şansları ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis "qırmızı şeytanlar"ın mətbuat xidmətinə bu barədə belə danışıb:
“İlk "4-lük" uğrunda mübarizə apara bilərikmi? “Xeyr” desəm, məni “Mançester Yunayted”ə layiq olmayan məşqçi adlandıracaqlar. Digər tərəfdən, azarkeşlərə yalan danışmaq istəmirəm. Diqqəti oyunlara yönəltmək daha yaxşıdır. Nəticəni mövsümün sonunda görəcəyik. Gəlin, hələ növbəti matçı düşünək”.
Mankunianlılar Amorimin rəhbərliyi altında indiyədək cəmi 3 oyun keçirib. Onun komandası son oyununda "Everton"u 4:0 hesabı ilə məğlub edib .
“Mançester Yunayted” hazırda 19 xalla Premyer Liqanın turnir cədvəlində 9-cu pilləsindədir. İngiltərə nəhəngi növbəti oyununu dekabrın 4-də səfərdə “Arsenal”a qarşı keçirəcək.
Mirağa
Baxış sayı:141
Bu xəbər 02 Dekabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















