Icma.az
close
up
RU
Türkoloji Qurultayın sənədlərini sudan çıxaran professor: Məni öldürmək istədilər

Türkoloji Qurultayın sənədlərini sudan çıxaran professor: Məni öldürmək istədilər

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sənəd Azərbaycanın və bütövlükdə türk dünyasının elmi-mədəni tarixində mühüm mərhələ sayılan bu hadisənin əhəmiyyətini nəzərə alaraq qəbul edilib. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və AMEA yubileyə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.

1926-cı ilin fevralında Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq dil, mədəniyyət və əlifba birliyi istiqamətində dönüş nöqtəsi kimi dəyərləndirilir. Qurultayda səslənən ideyalar bu gün türk dünyasının inteqrasiyasına, ortaq mədəni kimliyin möhkəmlənməsinə yol açan əsaslardan biri hesab olunur.

Filologiya elmləri doktoru, professor Adil Babayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam yüksək dəyərləndirilməlidir.

O qeyd edib ki, Turan ideyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu gün bütün dünyada geniş yayılır, lakin onun başlanğıcı məhz Azərbaycana dayanır:

“Bu sərəncamı çox yüksək dəyərləndirirəm. Prezidentin 2006-cı və 2016-cı illərdə imzaladığı sərəncamların hər ikisini mən ayrıca monoqrafiyalarımda yerləşdirmişəm. Turan ideyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bütün dünyaya yayılır. Amma məhz Azərbaycandan başlayıb. “Turan birliyi” ideyası, türkün səsi ilk dəfə Bakıdakı İsmailiyyə binasının pəncərələrindən dünyaya yayılıb. 

Türkoloji Qurultayın materiallarını bir vaxtlar məhv etməyə çalışmışdılar. Həmin materialları ilk dəfə mən tapmışam. Mən onları arxivdən, bağlı qapı arxasından, su içərisindən çıxartdım. Sonradan onları təqdim etdim və nəticədə həmin sənədlər Dövlət Kitabxanasının fonduna 393 min 160 nömrəli element kimi daxil oldu. Mən bu məsələləri hələ 1960-cı illərdə də araşdırmışam. O vaxt mənə çox təzyiqlər oldu, hədələdilər, hətta öldürmək istədilər. Amma mən vətən oğlu olaraq bu yoldan dönmədim və bununla fəxr edirəm.

Yaxşı ki, sonradan hakimiyyətə Heydər Əliyev gəldi və buna  icazə verdi. Namiz Abbasovun dəstəyi ilə KQB-nin arxivində bu sənədlərin hamısını tapdıq. Qurultayda iştirak edən şəxslərin siyahısı, materiallar, çıxışlar və s. toplandı. Bu tədqiqatlar əsasında iki kitab yazdım. Onlardan biri “Türksoyun birlik səsi” adlı monoqrafiyadır, 2006-cı ildə yazmışam. Kitaba Ağamusa Axundov ön söz yazıb. 2016-cı ildə isə “Birinci Türkoloji Qurultay və Azərbaycanda Türkologiya” adlı kitabımı çap etdirdim. İndi Elmlər Akademiyasında qərara gəliblər ki, “Türksoyun birlik səsi” kitabım yenidən nəşr olunsun”.

Adil Babayev əlavə edib ki, XX əsrdə Azərbaycanın yeni əlifbaya keçidi təşəbbüsü türk birliyi ideyasının başlanğıcı olub:

“Akademiyanın böyük zalında məruzə ilə çıxış etdim. 1921-ci ildə yeni əlifbaya keçmək təşəbbüsü Nərimanov tərəfindən irəli sürüldü. 1922-ci ildə isə Səməd ağa Ağamalıoğlu Moskvaya gedərək Lenindən yeni əlifbaya keçmək üçün icazə istədi. O, Leninə bildirdi ki, Azərbaycan xalqı artıq ərəb əlifbasından imtina etmək istəyir. Lenin soruşub ki, doğrudanmı bütün xalq istəyir ki, yeni əlifbaya keçsin? Ağamalıoğlu “bəli” cavabını verib.

Lenin bunu Şərqdə baş verən böyük inqilab adlandırdı və demək olar ki, yeni əlifbaya keçidə icazə verib. 1922-ci ildə Azərbaycana qayıtdıqdan sonra bu məsələ ilə bağlı təşkilat yaradıldı və bütün türk xalqlarının yeni əlifbaya keçməsi planlaşdırıldı. Leninin siyasəti Stalinin siyasəti qədər uzaqgörən deyildi. O başa düşməmişdi ki, türk xalqları birləşsə, vahid əlifba vasitəsilə bir-birini oxuyacaq, tanıyacaq və türk birliyinə doğru addım atacaq. Stalin isə bunu çox yaxşı anlayırdı.

1921-ci ilin yanvarında Əliheydər Qarayev Mərkəzi Komitəyə məktub göndərərək yeni əlifbaya keçidlə bağlı məsələ qaldırdı. Nəhayət, dörd nəfərdən ibarət Təftiş Komissiyası formalaşdırıldı. Komisyada sədr Səməd ağa Ağamalıoğlu, üzvlər Vəli Xuluflu, Xalid Səid Xocayev və Cəlil Məmmədquluzadə idi. Komissiya Sovet respublikalarını dolandı ki, qurultaya elmi cəhətdən rəhbərlik etsin. Özbəkistanı, Türkmənistanı, Qazaxıstanı gəzərək elə bir alim axtarırdı ki, həm türk xalqlarının dili, ədəbiyyatı, tarixi, həm də fonetik sistemi barədə dərin biliyə malik olsun və bu işə elmi rəhbərlik edə bilsin. Bir çox yerlərə getdilər, amma nəticə əldə edilmədi. Nəhayət, 1924-cü ilin aprelində Krımın Simferopol Universitetinə gedərək məqsədlərini bildirdilər. 

Onlar Şərqdə ilk elmlər doktoru, professor, 17 dildə mühazirə oxuya bilən görkəmli alim Bəkir Çobanzadəni Bakıya dəvət etdilər. Professor Çobanzadə dəvəti qəbul etdi və bildirdi ki, məmnuniyyətlə gələcəyəm, çünki Bakı digər yerlərə nisbətən daha müasirdir. O, həmin ilin sentyabrında Bakıya gəldi, yeni türk əlifbası komitəsinə elmi rəhbərlik etdi və Qurultaya hazırlıqlar başladı.

Azərbaycanın  həmin dövrdəki rəhbəri, birinci katibi Yevan İsayeviç Mirzoyan adlı erməni idi. O, Rostov Vilayət Komitəsinin katibi olan Anastas İvanoviç Mikoyana məktub göndərdi. Məktubda yazırdı ki,  Bakıya gəl, görək nə edirik, türklər yığışıb birləşirlər. Mikoyan isə ona cavab verir ki, bu barədə Stalinə yaz. Mirzoyan da Stalinə məktub yazıb. Bundan əvvəl Əliheydər Qarayev də bu barədə yazmışdı. O da xalqımızın düşmənlərindən biridir. Stalin belə bir göstəriş (direktiv) göndərir ki, Yeni Türkoloji Qurultay yeni əlifba haqqında heç bir qərar qəbul edə bilməz. Sadəcə olaraq, gələcəkdə bu məsələnin mümkünlüyü barədə qərar qəbul edə bilər.

Pofessor vurğulayıb ki, Birinci Türkoloji Qurultayda Bəkir Çobanzadə hamını yerində oturdub:

“Beləliklə, Türkoloji Qurultay 1926-cı ilin 26 fevralında açıldı. Qurultaya 131 nümayəndə gəlmişdi. Mən həmin nümayəndələrin hamısını bir-bir tapıb, kimlərin haradan gəldiyini araşdırıb qeyd etmişəm. Respublika üzrə bu işi məndən yaxşı bilən yoxdur. Qurultayda ümumilikdə 600 nəfər iştirak edib.

Elə birinci iclasda istənilən alimdən soruşsan ki, niyə birinci gün cəmi bir iclas keçirildi, onlar deyəcəkdilər ki, Moskvadan gələn nümayəndələr narazılıq edirdilər. Onlar bildiriblər ki, əvvəlcə türk xalqlarının bir-birinə qohum olduğunu sübut etməliydiniz. Ondan sonra Türkoloji Qurultay keçirə bilərdiniz. Onlar bu yolla Qurultayın gedişinə mane olmaq istəyirdilər.

Çünki Moskvadan gələnlərin fikri o idi ki, türk xalqları üçün rus əlifbası qəbul edilsin. Bunun üçün hər kəsə vaxt verildi ki, türk xalqlarının qohumluğunu sübut etsin. Mən bu haqda həmin hadisələrdə iştirak edən Qəhrəman Qaraqaşlı adlı qoca bir kişidən öyrəndim. Onu 1963-cü ildə tapdım və görüşdüm. Rusiyadan gələn türkoloqlar danışdılar. Amma onların heç biri əsl türk sözü demədi. 

Nəhayət, Qurultayda Bəkir Çobanzadə Mahmud Kaşğarinin “Divanü Lüğət-it-Türk” əsərindən nümunələr gətirərək dedi: “Baxın, türk xalqlarının ədəbi dili haqqında 11–12-ci əsrlərdə necə sübutlar var”. Ondan sonra Qurultay davam etdi. Bəkir Çobanzadə hamını yerində oturtdu”. 

Adil Babayev bildirib ki, Turan birliyi qurularsa, türklər öz qüdrətli dövrünə qayıda bilər:

“Bütün bunları illərlə araşdırmışam. Hətta sonuncu çıxışımda  qeyd etdim ki, bu Qurultayın materiallarını hansı bağlı, gizli fonddan, rütubətli bir yerdən tapmışam. O zaman 17 iclas keçirilmişdi və yeni latın əlifbasına keçidlə bağlı qərar qəbul olunmuşdu. Bütün türk respublikalarından alimlər çıxış etmişdilər. Qurultayın 131 nümayəndəsindən yalnız ikisi öz əcəli ilə dünyasını dəyişib, qalan hamısı sonradan güllələnib.

Elmlər Akademiyasında çıxış edərkən bu faktları zalda da nümayiş etdirdim. Çünki mərhum Qəhrəman Qaraqaşlı mənə demişdi ki, zalın üçüncü qapısından bir nəfər görünəndə hamı ayağa qalxdı. Dedilər ki, uzaq Xakasiyadan Katanov gəlib. İclasın bağlanmasına az qalmış o zala daxil oldu və iştirakçılar onu alqışlarla qarşıladılar. Ondan xakas dilində danışmağını xahiş etdilər. Katanov çıxıb nitq söylədi, zalda isə gurultulu alqış səsləri yüksəldi.

Türk Dövlətləri Təşkilatının ilkin adı “Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatı” idi. Sonradan Qazaxıstanın ozamankı prezidenti Nursultan Nazarbayev təklif etdi ki, nəyə görə türkdilli xalqlar deyirsiniz, yazın ki, Türk Xalqlarının Əməkdaşlıq Təşkilatı, beləcə Türk Dövlətləri Təşkilatı yarandı. Bu təşkilat sonradan yarandı. Sonradan bir neçə dəfə yığıncaq oldu  son illərdə biri Naxçıvanda, digəri Qəbələdə.

Bu gün artıq Turan ideyası Şuşa Bəyannaməsində də öz əksini tapıb. Ümumiyyətlə, Turanın yaranması dünyanı lərzəyə salan gücə malik ideyadır. Turan birliyi qurularsa, biz öz gözəl, qüdrətli həyatımıza qayıda bilərik”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri