Icma.az
close
up
RU
Ana dili: Milli maraqların ifadə vasitəsi

Ana dili: Milli maraqların ifadə vasitəsi

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Dövlətlərin və xalqların taleyində dil strateji rola malikdir. Yəni, biz dilə yalnız ünsiyyət vasitəsi kimi baxmalı deyilik. Dil mədəniyyətin qorunub saxlanması, özünəməxsusluğunun formalaşdırılması və milli təhlükəsizliyin təmin edilməsində güclü vasitədir. Ən əsası, dil intellektual irsdir. Təsadüfi deyil ki, qloballaşan dünyada bir çox dillərin mövcudluğu təhlükə altına düşüb.
Azərbaycan dili də əsrlərdir öz zənginliyini qoruyub saxlayıb. Amma bu, proses maneəsiz başa gəlməyib. Belə ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə hətta dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bu süni əngəllərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində hər zaman qətiyyət sərgiləyib. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. Belə ki, 1978-ci il aprelin 27-də Azərbaycan SSRİ Konstitusiyasına “Azərbaycan SSRİ-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə edildi. Bu, Ümummilli Lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə mümkün oldu. Azərbaycan xalqının öz milli dilinə sahib çıxması milli dövlətçilik tarixində önəmli hadisə idi. Beləliklə, Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, “hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.”
Müstəqillik dövründə də Azərbaycan dilinin saflığının qorunması istiqamətində daha strateji qərarlar verildi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Eyni zamanda bu vaxta qədər Azərbaycan dilinin qorunması, daha da zənginləşdirilməsi istiqamətində fundamental addımlar atılıb. Prezident İlham Əliyevin söylədiyi kimi, “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”. Biz indi həm müstəqil, həm də qalib dövlət və xalq kimi Azərbaycan dili ilə fəxr edir, onu xarici təsirlərdən qoruyuruq.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri