Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Ana dili sərhədləri aşanda...

Ana dili sərhədləri aşanda...

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Türkün dilitək sevgili, istəkli dil olmaz,

Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz ləfzini farsa, ərəbə qatmasa şair,

Şeirin oxuyanlar, eşidənlər kəsil olmaz”.

                                              M.Şəhriyar

Mayın 16-da Azərbaycanın mədəni həyatında daha bir əlamətdar hadisə baş verdi. Son 15 ildə “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycan şairlərinin poetik toplularını, təsviri sənət ustalarımızın bədii albomlarını ərsəyə gətirməklə milli mənəvi irsimizin qorunmasına və təbliğinə möhtəşəm töhfələr verən Xalq Bankın baş ofisində bu dəfə layihənin daha bir yubiley nəşri - 25-ci buraxılışı ictimaiyyətə təqdim olundu. 

“Güney Azərbaycan poeziyası. Seçmələr” adlı bu nəşr Cənubda ana dilimizdə yazıb-yaradan şair soydaşlarımızın əsərlərinin toplu halda təqdimatı olmaqla yanaşı, Araz çayı üzərindən hər iki taya uzanaraq dərin, canlı köklərə malik, geniş şaxəli, bol bəhrəli ağac kimi ucalmış Azərbaycan poeziyasının iki qüdrətli budağını özünəməxsus şəkildə birləşdirən körpüyə çevrildi. XX-XXI yüzilliklər Azərbaycan ədəbi mühitini layiqincə tanıtmaq məramı daşıyan bu kitab həm də tariximizi dolğun əks etdirmək baxımından önəmlidir.

Toplunun tərtibində AYB-nin beynəlxalq əlaqələr üzrə katibi şair Səlim Babullaoğlu, filologiya elmləri doktoru, professor Esmira Fuad və filologiya elmləri doktoru Pərvanə Məmmədli iştirak ediblər.

Müxtəlif ədəbi məktəb təmayül və cərəyanlara mənsub 50 şairin əsərləri toplanmış kitabda ərəb-fars sözlərinin və dialektizmlərin lüğəti, müəlliflərin bioqrafiyası və coğrafi adların tanıtımı da yer alıb. “Xalq Əmanəti”nin əvvəlki bütün nəşrləri yüksək poliqrafik keyfiyyət, milliliyə köklənmiş peşəkar dizayn ilə seçildiyi kimi, layihənin yeni buraxılışı da bu baxımdan istisna olmayıb.

Təqdimat mərasimini açaraq tədbirə toplaşmış mədəniyyət, ədəbiyyat, incəsənət və media nümayəndələrini salamlayan Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirdi ki, mədəni-maarifləndirici məzmun, sosial və milli xarakter daşıyan “Xalq Əmanəti” zəngin milli irsə söykənərək mənəviyyatımızın gerçək incilərini üzə çıxararaq onları xalqa yenidən çatdırır. Bu kitabın son dərəcə əlverişli bir məqamda, Azərbaycan-İran münasibətlərinin aşkar yüksəliş dönəmində işıq üzü gördüyünü deyən akademikin fikrincə, ədəbiyyatşünaslarımız, filoloq alimlərimiz indiki dövrdə belə bir sualla qarşılaşıblar: “Güney Azərbaycandakı anadilli ədəbiyyata ədəbi əlaqələr, yoxsa vahid milli ədəbiyyat bucağından baxmalıyıq? Buna birmənalı cavab vermək çətindir, çünki hər nə qədər biz bunları qarşı-qarşıya qoymasaq da, onlar arasında müxtəlif siyasi müstəvilərdə ortaya çıxan ideoloji, mənəvi və linqvistik fərqlər mövcuddur. Ancaq milli ədəbi nümunələrin elmi təhlili göstərir ki, müxtəlif xarakterli bəzi fərqlərə baxmayaraq, bu iki dövlətə mənsub azərbaycanlı şairlər bütövlükdə vahid bir ədəbi dildə yazıb-yaradırlar. Bu fakt özlüyündə hər bir azərbaycanlı üçün həm ədəbi-mədəni, ictimai-siyasi, həm də şəxsi baxımdan ciddi məna daşıyır”. 

Ümummilli lider Heydər Əliyevin Güney Azərbaycan mövzusuna daim xüsusi diqqətlə yanaşdığını deyən akademik N.Cəfərov vurğuladı ki, Yazıçılar Birliyində bu istiqamətlə əlaqədar şöbənin təşkili də məhz Ulu Öndərin təşəbbüsünün nəticəsidir.

“Son onilliklərə qədər Azərbaycan dilinin yasaq olduğu və hər vasitəylə sıxışdırıldığı bir ölkədə ana dilində yazan 700 şair tapılırsa və onlardan da ən mahir 50-si seçilərək əsərlərindən bütöv toplu hazırlanırsa, buradan yalnız bu nəticəni çıxarmaq olar: zəngin mənəvi və intellektual imkanlara malik belə bir xalqı məhv etmək mümkün deyil və onun parlaq gələcəyi var” -  bu fikri çox təsirli şəkildə dilə gətirən Xalq şairi Sabir Rüstəmxanlı əlavə etdi ki, azadlıq ruhu, ana dilimizə və doğma mədəniyyətə alovlu məhəbbət Güney Azərbaycandan olan bütün şairlərin yaradıcılığında öz əksini tapıb.

Nəşrin həm də redaktoru və ön söz müəllifi olan Səlim Babullaoğlu dedi ki, toplunun tərtibində vaxtilə Xalq yazıçısı, akademik Mirzə İbrahimovun təşəbbüsü, başçılığı və iştirakı ilə aparılan, bu istiqamətdə mühüm nəticələr verən tədqiqatlara geniş istinad olunub. O, antologiyada Şəhram Şeydayi, məşhur ədib və alim Rza Bərahəni kimi, əsasən farsdilli yaradıcılığı ilə tanınan, lakin eyni zamanda ana dilində dəyərli bədii nümunələr yaratmış müəlliflərin də əsərlərinə yer verildiyini vurğuladı. Çıxışının sonunda S.Babullaoğlu güneyli şair Məhəmmədtağı Zehtabinin ana dilinə məhəbbət aşılamaq baxımından misilsiz təsirə malik şeirini oxudu:

“Su deyibdir mənə əvvəldə anam, “ab” ki yox,

Yuxu oyrətdi uşaqlıqda mənə, “xab” ki yox...

Anam “əxtər” deməyibdir mənə, ulduz deyib o,

Su donanda deməyib “yəxdi, bala”, buz deyib o...”

Əslən Güney Azərbaycandan olan, bu antologiyanın nəşrini xüsusi məmnunluqla qarşılayan tanınmış qələm adamları Həmid Herisçi ilə Sayman Aruz da mərasimdə çıxış etdilər. H.Herisçi diqqətə çatdırdı ki, həm siyasi, həm də ədəbi mövqe və düşüncələrin bir topluda əks olunması nadir hadisədir: “Fikrimcə, təqdimatı keçirilən antologiya bu cəhətinə görə də bütün dünya azərbaycanlıları üçün böyük əhəmiyyət kəsb edir”.

S.Aruz təqdim olunan toplunun tarixi önəm daşıdığını deyərək bu antologiyanı yüksək səviyyədə ərsəyə gətirdiyi üçün Xalq Bankın yaradıcı heyətinə dərin minnətdarlığını bildirdi.

Güney Azərbaycan ədəbiyyatı üzrə mütəxəssis professor Esmira Fuad toplu hazırlanarkən hər bir müəllifin yaradıcılığı, seçilən hər əsər üzərində çox dəqiqlik və incəliklə iş aparıldığını önə çəkdi, nəşrin məzmunca da, formaca da mükəmməl alındığını qeyd etdi.

Filologiya elmləri doktoru Pərvanə Məmmədli bildirdi ki, təqdim edilən bu antologiya həm də Güney Azərbaycan şairlərinin yaradıcılığının mövzu rəngarəngliyindən, olduqca geniş bəşəri məsələləri əhatə etməsindən xəbər verir.

Qonaqlar sırasında olan dəyərli alim, 50-yə yaxın elmi kitab və lüğətin müəllifi, fars dili üzrə tərcüməçi-mütəxəssis, AMEA Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov “Xalq Əmanəti”nin yeni nəşri barədə fikirlərini bölüşərkən dedi ki, “Güney Azərbaycan poeziyası” antologiyası hər cəhətinə görə təqdirəlayiq işdir: “Burada, böyük Şəhriyardan günümüzə qədər, ana dilində yazan şairlərimizin yaradıcılığını layiqincə əks etdirən nəhəng ədəbi material toplanıb. Mən Xalq Bankın yüksək peşəkarlığa malik yaradıcı heyətini bu növbəti misilsiz nəşr münasibətilə təbrik edirəm!”

Qeyd edək ki, Xalq Bank ASC-nin 2010-cu ildən etibarən həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi Azərbaycan xalqının mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi, həmçinin Azərbaycanın milli mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədi daşıyır. Layihə üzrə hazırlanan kitab və albomlar Azərbaycan, ingilis və rus dillərində çap olunur. Bu nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə və kitabxanalara, müxtəlif fondlara, dövlət qurumlarına, Azərbaycandakı, həmçinin xaricdəki səfirlik və konsulluqlara, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevər insanlara hədiyyə edilir.

A.İSLAM

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyun 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri