Icma.az
close
up
RU
Ana dili və milli ideologiya strateji vəhdət təşkil edir

Ana dili və milli ideologiya strateji vəhdət təşkil edir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan dili tarix boyu xalqımızın milli-mədəni kimliyinin, mənəvi bütövlüyünün əsas dayaqlarından biri kimi çıxış edib. Amma bu dilin dövlət dili statusuna yüksəlməsi, hüquqi əsaslarının formalaşması və qloballaşmanın təzyiqləri qarşısında qorunması, ilk növbədə, müdrik və uzaqgörən siyasətçilərin — Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin tarixi xidmətləri ilə bağlıdır.

Ötən əsrin 70-ci illərində dil məsələsi siyasi cəsarət tələb edən məsələ idi və Ulu öndər Heydər Əliyev bu cəsarəti zamanında göstərdi. O, dilin dövlətin əsas sütunlarından biri olduğunu hər zaman vurğulayıb: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Bu fikirlər Ulu Öndərin dil siyasətinin fəlsəfəsini formalaşdırırdı. SSRİ dövründə milli dillərin sıxışdırıldığı, rus dilinin dominant olduğu bir şəraitdə respublikaların rəhbərləri ana dili məsələsində prinsipial mövqe sərgiləməyə çəkinirdilər. Belə bir zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin hüquqlarını qorumağa və bu dildə təhsilin, elmin, mədəniyyətin inkişafına şərait yaratmağa yönəlmiş fəaliyyətini sadəcə cəsarət deyil, həm də milli özünüdərk nümunəsi adlandırmaq olar.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının salınması məhz Heydər Əliyevin siyasi iradəsi ilə mümkün oldu. Bu addım o dövr üçün həm ideoloji, həm də hüquqi baxımdan böyük əhəmiyyət daşıyırdı.
Ulu Öndərin dövlət dili məsələsindəki prinsipial xətti müstəqillik dövründə də davam etdirildi. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu, artıq milli dövlətçiliyin hüquqi əsaslarını müəyyənləşdirən bir fakt kimi tarixə düşdü.
2001-ci ildə Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə dil siyasətində strateji mərhələnin başlanğıcı oldu. Bu sənəd əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı, dilin normativ tətbiqi məsələləri aktuallaşdı. Elə həmin il Ulu Öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalayaraq 1 avqust tarixini Azərbaycan dili və əlifbası günü kimi elan etdi. Bu təşəbbüs Azərbaycan dilinə ictimai və rəsmi münasibətdə yeni mərhələ açdı.
Prezident İlham Əliyev də bu ideoloji xətti davam etdirərək çıxışlarında qeyd edir ki, Azərbaycan dilini qorumaq hər bir vətəndaşın borcudur. Dövlət başçısının imzaladığı çoxsaylı sərəncam və fərmanlar, qəbul edilmiş proqramlar milli dilin təkcə qorunması deyil, həm də inkişaf etdirilməsi və müasir texnoloji mühitə inteqrasiyası istiqamətində mühüm rol oynayır.
2004-cü ildə latın qrafikalı nəşrlərin kütləvi şəkildə həyata keçirilməsi, “Azərbaycan Milli Ensiklopediyasının nəşri”, dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə tərcüməsi, ana dilinin elmi-texniki bazasının gücləndirilməsi yönündə önəmli qərarlardır.
2013-cü ildə Prezidentin təsdiqlədiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli dilin təkcə qorunması deyil, qloballaşma ilə rəqabətə davamlı hala gətirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə artıq texnoloji əsrdə milli dilin saflığını qorumaq, informasiya mühitində onun mövqeyini gücləndirmək üçün kompleks tədbirlər planı kimi çıxış edir.
Azərbaycanın dil siyasəti — təkcə bir dövlətin daxili məsələsi deyil, həm də milli suverenliyin, milli identikliyin təcəssümüdür. Bu siyasət tarixi liderlik, müdrik qərarlar və strateji baxışlar sayəsində formalaşıb və qorunur. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə başlayan bu yol Prezident İlham Əliyevin rəhbərliyi ilə XXI əsrdə yeni mərhələyə qədəm qoyub. Ana dilimizin müasir informasiya cəmiyyətində yaşaması və inkişafı üçün hərtərəfli zəmin yaradılıb. Gələcək nəsillərin bu zəngin mirasa sahib çıxması isə bizim tarixi məsuliyyətimizdir.
Hər il 1 avqust tarixində Azərbaycanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunur. Bu tarixi gün təkcə milli mədəniyyətimizin bir bayramı deyil, həm də müstəqil dövlətçilik ənənələrimizin, milli kimliyimizin, milli ideologiyamızın təntənəsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini “şeir dili”, “dərin fikirləri ən incə çalarlarla ifadə edə bilən dil” adlandırırdı. Onun fikrincə, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti, mənəviyyatıdır. Bugünkü nəsil üçün də bu mesaj olduqca aktualdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bu dili qorumaq hər bir vətəndaşın borcudur".

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri