Icma.az
close
up
RU
® Ana südündəki hormon və bioloji faktorların körpənin sağlamlığına təsiri

® Ana südündəki hormon və bioloji faktorların körpənin sağlamlığına təsiri

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin həkim-pediatrı Fərəh Vahabova 1-7 avqust – Dünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində “Həkim məsləhəti” rubrikasında “Ana südü ilə qidalanmanın üstünlükləri” mövzusunda məlumat verib.

Ana südü ilə qidalanan uşaqlar daha sağlam, infeksiyalara qarşı daha dözümlü olur, fiziki, həm də zehni inkişaf baxımından üstünlük qazanırlar. Ana südü təkcə qida deyil. O, ana ilə körpə arasında qurulan sevgi və güvən körpüsüdür. Körpəni qucağa almaq, dərisi ilə təmas qurmaq və onu yalnız ana südü ilə qidalandırmaq — bu, sadə görünən, amma çox böyük təsiri olan addımlar onun sağlam böyüməsinə əvəzsiz töhfə verir.

Ana südü körpənin immunitetini gücləndirən, bədənini xəstəliklərdən qoruyan, hətta gələcəkdə piylənmə və şəkərli diabet kimi problemlərin yaranma riskini azaldan mənbədir. Ona görə də hər bir ana imkan daxilində körpəsini ana südü ilə bəsləməyə çalışmalıdır, çünki bu, övlada verilən ən gözəl başlanğıcdır.

Dəri təması, erkən və müstəsna ana südü ilə qidalanma körpənin sağlam böyüməsinə və inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Ana südü körpə üçün bioloji baxımdan ideal və balanslaşdırılmış tərkibə malikdir, hormonlar, boy faktorları və bioloji aktiv maddələrlə zəngindir. Həmin komponentlər uşaqda metabolizmin tənzimlənməsi və orqanizmin müdafiə mexanizmlərinin güclənməsi üçün böyük əhəmiyyətə malikdir.

Ana südü, eyni zamanda, ananın sağlamlığı üçün vacibdir. Onun tərkibindəki amilaza, lipaza, fosfataza, proteaza və daşıyıcı zülallar kimi fermentlər körpənin həzm sisteminə uyğun şəkildə formalaşdığı üçün asanlıqla mənimsənilir. Ana südündəki immunoqlobulinlər körpənin immun sistemini gücləndirir, bağırsaq selikli qişasında yerləşərək yerli immuniteti təmin edir. Ana südündə təbii şəkildə mövcud olan hormonlar, xüsusilə leptin, qrelin, insulin və adiponektin körpənin aclıq və toxluq hissini tənzimləyir, sağlam iştaha formalaşmasına kömək edir. Həmin hormonlar uşaqda maddələr mübadiləsinin düzgün qurulmasında, enerji balansının qorunmasında və gələcəkdə piylənmə riskinin azalmasında vacib rol oynayır. Boy faktorları isə hüceyrə bölünməsi və toxuma inkişafını stimullaşdıraraq körpənin sağlam böyüməsini təmin edir. Ona görə də ana südü yalnız qida deyil, eyni zamanda, körpənin bioloji ritmlərini və inkişaf mexanizmlərini tənzimləyən canlı bir sistemdir.

Xüsusilə vaxtından əvvəl doğulan uşaqlar üçün ana südünün böyük faydası var: çəki artımı daha yaxşı gedir, infeksion və iltihabi xəstəliklər daha az müşahidə olunur.

Ana südü ilə qidalanma körpəni infeksiyalardan qoruyur, immuniteti gücləndirir, xroniki xəstəliklərin yaranma riskini azaldır, diabet, piylənmə, hipertoniya və aterosklerozun inkişaf ehtimalını azaldır, allergik reaksiyaların qarşısını alır, ani uşaq ölümü sindromunun riskini azaldır, beynin və idrak qabiliyyətlərinin inkişafına kömək edir, endorfin ifrazını artıraraq körpəni sakitləşdirir, ana ilə körpə arasında güclü emosional bağ yaradır, həmçinin doğuşdan sonra qanaxmaların və anemiyanın qarşısını alır, ananın əvvəlki bədən çəkisini bərpa etməsinə kömək edir, süd vəzisi, yumurtalıq xərçəngi və osteoporoz riskini azaldır, qulaq infeksiyası, ishal, pnevmoniya kimi xəstəliklərə qarşı qoruyucu rolunu oynayır.

Ən azı ilk 6 ay yalnız ana südü ilə qidalanma, həm uşağın, həm də ananın uzunmüddətli sağlamlığı üçün ən yaxşı investisiyadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri