Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

® Ana südü körpənin ilk və ən güclü peyvəndidir

® Ana südü körpənin ilk və ən güclü peyvəndidir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Təranə Göyüşova 1–7 avqust Dünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində “Ana südünün faydaları və əvəzolunmaz rolu” mövzusunda müsahibə verib.

- Təranə xanım, ana südü ilə qidalanmanın əhəmiyyəti nə ilə izah olunur?

- Ana südü körpə üçün qida olmaqla yanaşı, təbiətin körpəyə verdiyi ilk müdafiə sistemidir. Körpənin ilk 6 ayında yalnız ana südü ilə qidalanması, daha sonra isə tamamlayıcı qidalarla yanaşı, ən azı 1 yaşa qədər ana südünün davam etdirilməsi, körpənin sağlam fiziki və zehni inkişafı, immun sisteminin güclənməsi baxımından böyük əhəmiyyət daşıyır. Belə yanaşma, həmçinin gələcəkdə piylənmə, şəkərli diabet, allergiya və digər xroniki xəstəliklərin yaranma riskini azaldır. Qeyd etmək istəyirəm ki, ana südü ilə qidalanan körpələrdə qulaq infeksiyaları, ishal və tənəffüs yolu infeksiyaları daha az olur.

- Bəzən analar elə düşünürlər ki, süni qida ilə də körpə normal inkişaf edə bilər...

- Süni qidalar heç vaxt ana südünün bioloji tərkibini, hormon və anticisimlərini əvəz edə bilməz. Məsələn, ana südündəki bəzi unikal elementlər yalnız ana ilə körpə arasında xüsusi bioloji münasibət nəticəsində yaranır və həmin elementlər heç bir texnoloji proseslə süni şəkildə istehsal edilə bilməz.

- Ana südü yalnız körpə üçün faydalıdır?

- Ana südü analar üçün də bir çox müsbət təsirlərə malikdir. Məsələn, süd vermək süd vəzi və yumurtalıq xərçəngi riskini azaldır, doğuşdan sonra çəkini daha rahat bərpa etməyə kömək edir. Bundan əlavə, ana ilə körpə arasında yaranan emosional bağ körpənin psixoloji inkişafı üçün çox vacibdir.

– Həkim, əmizdirmədə çətinlik yaşayan analar nə etməlidirlər?

– Bu, tamamilə normal və tez-tez rast gəlinən vəziyyətdir. Əmizdirmə bəzən təbii bir proses kimi görünsə də, hər ana və körpə üçün bu təcrübə fərqli ola bilər və müəyyən çətinliklər yarana bilər. Belə hallarda analar özlərini tək və çarəsiz hiss etməməli, mütləq şəkildə pediatra və ya laktasiya üzrə ixtisaslaşmış mütəxəssisə müraciət etməlidirlər. Mərkəzi Gömrük Hospitalında bu sahədə fərdi yanaşmaya əsaslanan məsləhət və dəstək xidməti təqdim olunur. Bəzən elə sadə bir detal, məsələn, körpənin düzgün yerləşdirilməsi, əmizdirmə mövqeyinin tənzimlənməsi və ya ananın özünəinamının artırılması çox böyük fərq yarada bilər. Ən önəmlisi isə odur ki, hər bir ana həmin prosesi öz ritmində və dəstəklə öyrənə bilər.

– Bəzi analar iş rejimi, stres və ya psixoloji faktorlarla əlaqədar südün miqdarının azaldığından şikayətlənirlər. Həmin hallarda nə etmək lazımdır?

– Bəli, bu da tez-tez rast gəlinən hallardandır. Südün miqdarına bir çox faktor təsir edə bilər: yuxusuzluq, stres, qeyri-düzgün qidalanma və ya körpənin düzgün əmizdirilməməsi. İlk növbədə ana rahat və stressiz mühitdə olmalıdır. Bol maye qəbul etmək, qidalanmaya diqqət yetirmək, körpəni tez-tez və düzgün mövqedə əmizdirmək südü artırır. Həmçinin dəstəkləyici yaxın mühit və peşəkar məsləhətlər həmin prosesin uğurla davam etməsinə kömək edir. Əgər problem davam edərsə, həkim-pediatrla məsləhətləşmək lazımdır.

- Bəzən analar doğuşdan dərhal sonra süd gəlməməsindən narahat olur və süni qidaya keçmək qərarını verirlər. Bu barədə nə deyə bilərsiniz?

- Doğuşdan dərhal sonra südün bol şəkildə gəlməməsi normal haldır. İlk günlərdə ifraz olunan kolostrum (ağız südü) miqdar baxımından az olsa da, çox zəngin tərkiblidir və körpənin ilk immun qoruyucusu rolunu oynayır. Həmin südün tərkibi yüksək miqdarda anticisimlər, vitaminlər və qoruyucu elementlərlə zəngindir. Ana həmin mərhələdə səbirli olmalı, körpəyə tez-tez süd verməlidir. Bu, həm südün miqdarını artırmaq, həm də körpənin ehtiyaclarını ödəmək baxımındn çox faydalıdır. Tələskənliklə süni qidaya keçmək ana südü ilə qidalanmanın qarşısını ala bilər. Hər bir ana bilməlidir ki, süd istehsalı bir prosesdir və düzgün yanaşma ilə həmin proses uğurla formalaşır.

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri