Icma.az
close
up
RU
Ana südünün rəngi nəyi bildirir?

Ana südünün rəngi nəyi bildirir?

Icma.az, Lent az saytına istinadən bildirir.

Ana südü ilə qidalandırma – sadəcə uşağı doyurmaq prosesi deyil, əslində təbiətin bir möcüzəsidir. Ana südü körpəyə lazım olan bütün qidaları verir və onun inkişaf mərhələsinə uyğun olaraq daim dəyişir.

Lent.az ana südünün rənginin nəyi bildirdiyini sizə təqdim edir:

Xüsusilə yeni ana olmuş qadınlar üçün ana südünün rəngi bəzən gözlənilməz narahatlıq yarada bilər. Süd ağ, sarı, göyümtül, yaşıl, çəhrayı, bəzən isə tünd rəngli (qəhvəyi və ya qara) ola bilər.

Hansı süd rəngləri normal sayılır?

Tək bir “normal” rəng yoxdur. Fərqli qadınlarda südün rəngi südün tərkibi, laktasiya mərhələsi və günün saatından asılı olaraq dəyişə bilər. Ən çox rast gəlinən rənglər:

Ağ

Sarımtıl

Göyümtül

Sarı Ana Südü
Kolostrum (ilk süd):
Doğuşdan sonra 3–5 gün ərzində döşlərdən çıxan bu qalın və sarı süd çox miqdarda antitellər və immunoglobulinlər ehtiva edir. Bu “qızıl eliksir” körpənin immun sistemini gücləndirir.

Ananın qidalanması:
Əgər ana bol miqdarda sarı və narıncı tərəvəzlər (məsələn, kök, balqabaq, batat) yeyirsə, bədənə daxil olan beta-karotin südü daha sarı edə bilər.

Dondurulmuş süd:
Süd dondurulduqdan sonra saralması tamamilə normaldır və qida dəyərini azaltmır.

Ağ Ana Südü
Bu rəng ana südü üçün “ən çox gözlənilən” rəngdir. Adətən doğuşdan bir neçə gün sonra, kolostrumdan yetkin südə keçid zamanı yaranır. Bu proses doğuşdan sonra ilk 2 həftə ərzində baş verir.

Göy Ana Südü
Adətən bu rəng əmizdirmənin və ya sağmanın əvvəlində görünür. Bu süd az yağlı, su və elektrolitlərlə zəngindir – ona görə də daha şəffaf və göyümtül görünür. Əmizdirmə davam etdikcə daha yağlı, qatı süd gəlməyə başlayır və bu süd ağ və ya krem rəngli olur.

Yaşıl Ana Südü
Əgər süd yaşıl rəngə çalırsa – narahat olmağa dəyməz. Bu, çox vaxt ananın yaşıl tərəvəzlərlə (ispanaq, brokkoli, cəfəri) və ya rəngli məhsullarla (smoothie, spirulina) qidalanması ilə əlaqəlidir. Rasion dəyişdikcə südün rəngi də normallaşacaq.

Çəhrayı və ya Qırmızımtıl Süd
Qidalar və içkilər:
Çuğundur, giləmeyvə, vişnə və ya qırmızı boyalar ehtiva edən içkilər südün rəngini dəyişə bilər.

Qan qarışıqları:
Bəzən süd çəhrayı və ya qırmızı rəngdə ola bilər – bu döş giləsində çatlar və ya kapilyar zədələnməsi nəticəsində yaranır. Bu vəziyyət çox vaxt təhlükəli deyil və bir neçə gün ərzində öz-özünə keçib gedir. Ancaq uzun müddət davam edərsə, bu, mastit və ya digər döş xəstəliklərinin əlaməti ola bilər – həkimə müraciət edilməlidir.

Qəhvəyi və ya Qara Ana Südü
Bu rəng çox nadir hallarda görülür və adətən müəyyən dərman preparatlarının qəbulu ilə əlaqələndirilir (xüsusən antibiotiklər). Belə dərmanlar, ümumiyyətlə, əmizdirmə zamanı tövsiyə edilmir, çünki körpəyə zərər verə bilər. Qəhvəyi rəng həm də süd axarlarında yığılıb qalmış köhnə qanla əlaqəli ola bilər. Belə hallarda həkimə müraciət etmək vacibdir.

Ana südünün rəngini dəyişə bilən faktorlar:
Qidalanma: rəngli tərəvəzlər (kök, çuğundur, ispanaq), smuzilər, rəngli içkilər

Dərmanlar və vitaminlər

Hormonal dəyişikliklər (xüsusilə laktasiya mərhələsində)

Dondurma: süd saralır

Döş giləsinin zədələnməsi: qan izləri

Fizioloji fərqlər: hər qadının südü özünəməxsusdur

Həkimə nə zaman müraciət etmək lazımdır?
Süd çəhrayı və ya qırmızı qalırsa və bu 2–3 gündən çox davam edirsə

Döşdə ağrı, bərkimə, temperatur varsa (mastit əlamətləri)

Süd qara və ya tünd qəhvəyi olarsa

Qanlı ifrazat və ya infeksiya şübhəsi varsa

Ana südünün rəngi – qadın bədəninin necə möcüzəli işlədiyinin daha bir sübutudur. Rəng dəyişiklikləri əksər hallarda təhlükəli deyil və qida, hormonlar və fizioloji proseslərlə bağlı olur.

Əsas olan – öz bədəninizi diqqətlə izləmək, dəyişikliklərə qarşı duyarlı olmaq və şübhə yarandıqda çəkinmədən mütəxəssisə müraciət etməkdir.

Ana olmaq – hər gün yeni bir kəşfdir. Ana südünün rəngi sadəcə onlardan biridir.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Aprel 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri