Ana üç övladını ruhi xəstə olan atalarının yanında qoyub başqa kişiyə qaçdı TƏFƏRRÜAT
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtda ana üç övladından imtina edərək, sosial şəbəkədə tanış olduğu şəxsin yanına getmək üçün ailəsini tərk edib. Hətta ərizələrindən birində uşaqdan imtina etməyə hazır olduğunu bildirib. Dəhşətlisi isə budur ki, uşaqlarını ruhi sağlamlıq problemi olan atalarının yanında qoyub gedib.
Ötən dövr ərzində Sosial Xidmətlər Agentliyinin əməkdaşları həm atanın, həm ananın, həm də uşaqların vəziyyətini dəfələrlə qiymətləndiriblər. 30 yanvar 2025-ci il tarixində uşaqlar ananın himayəsinə verilsələr də, aparılan monitorinq nəticəsində ananın uşaqlarla münasibətində problemlər olduğu üzə çıxıb. Nəticədə, uşaqlar yenidən sığınacağa yerləşdiriliblər.
Məlumata görə, ana sığınacaqda qalmaq istəməyib və uşaqları qoyub gedib.
Uşaqların yaşı 12, 11 və 2-dir. Böyük qızın vəziyyəti xüsusilə ağırdır, o, həyəcan və təşviş keçirir. Tibbi müayinədən keçirildikdə, əllərində səpkilər olduğu qeyd olunub. İkinci uşaq isə psixiatrik müalicəyə ehtiyac duyur.
Ətraflı Baku TV-nin süjetində:
Ana üç övladını ruhi xəstə olan atalarının yanında qoyub başqa kişiyə qaçdı - TƏFƏRRÜAT
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 05 Aprel 2025 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















