Icma.az
close
up
RU
Ana və oğlunun öldüyü qəza ilə bağlı hökm oxundu “Yorğun olduğumuz üçün keçidə qalxmadıq“

Ana və oğlunun öldüyü qəza ilə bağlı hökm oxundu “Yorğun olduğumuz üçün keçidə qalxmadıq“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ana və azyaşlı oğlunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı təqsirləndirilən şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev idarə etdiyi VAZ-21074 markalı avtomobillə yerüstü piyada keçidinin altından yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyevanı və qucağındakı 2023-cü il təvəllüdlü oğlunu vurub.

Qəza nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə zamanı ailənin digər üzvləri də onların yanında olublar. Belə ki, Ülviyyə Əliyeva yolu keçərkən həyat yoldaşı da digər iki azyaşlı övladını qucağında tutub.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.

Məhkəmədə Nuran Nuriyev ifadəsində bildirib ki, Xırdalan şəhərində yerləşən restoranda fəhlə işləyib və hadisə günü Bakı şəhərindən Şamaxı istiqamətində hərəkətdə olub. Onun sözlərinə görə, yolu sağdan sola doğru keçən iki böyük və üç azyaşlı piyadanı yorğun olduğu üçün gec görüb və avtomobili vaxtında saxlaya bilməyib. Nəticədə piyadaları vurub.

O qeyd edib ki, dərhal avtomobili saxlayaraq qadını və qucağında olan azyaşlı uşağı xəstəxanaya aparıb. Lakin hər iki şəxs xəstəxanada dünyasını dəyişib. Təqsirləndirilən bildirib ki, valideynləri və yaxın qohumları zərərçəkən ailəyə yas və dəfn xərcləri ilə bağlı maddi köməklik göstəriblər. O, baş verənlərə görə səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını deyərək məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edib.

Mərhumun həyat yoldaşı, zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, ailəsi ilə birlikdə avtobusdan düşdükdən sonra arvadına yerüstü keçiddən istifadə etməyi təklif edib. Lakin mərhum yorğun olduqlarını və yolu tez keçə biləcəklərini deyib. O da iki qızını qucağına alıb, arvadı isə oğlunu qucağına götürərək yolu keçməyə çalışıb.

Yolayırıcı beton zolağa çatdıqları zaman soldan gələn ağ rəngli VAZ-2107 markalı avtomobil əvvəlcə onun ayağına toxunub, daha sonra isə arvadını vurub. Zərbədən Ülviyyə Əliyeva qucağındakı oğlu ilə birlikdə asfalt üzərinə yıxılıb. Sürücü onları dərhal xəstəxanaya aparsa da, tibbi yardıma baxmayaraq, ana və uşaq vəfat ediblər. Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxsin yaxınları dəfn xərclərini qarşılayıblar və hazırda onun Nuran Nuriyevə qarşı heç bir şikayəti və tələbi yoxdur. O, məhkəmədən işə xitam verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Nuran Nuriyev Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. O, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Fevral 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri