Anaida Rostovskayanın imzası ilə Prosport un gimnastları səhnəyə həyat verdi
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Yeniyetmə və Gənclərin Rəqs və Gimnastika Festivalı olan "Qəlblərin harmoniyası-4”də "Prosport” İdman Klubunun yeniyetmə gimnastları da iştirak ediblər.
Qaynarinfo xəbər verir ki, bu dəfə gimnastlar səhnəyə fərqli tərzdə çıxaraq bacarıqlarını nümayiş etdiriblər. Onlar tanınmış xoreoqraf, klubun üzvü Anaida Rostovskayanın rəhbərliyi ilə hazırlanan rəqs kompozisiyalarını təqdim ediblər.
Festivalda "Dərvişxanı” (milli rəqs), "Şelkuncik” (Feya) və "Şən rəqsi” adlı nömrələr nümayiş etdirilib. Rəqs kompozisiyalarına gimnastik hərəkətlərin əlavə olunması proqramlara yeni nəfəs verib.
Anaida Rostovskaya bildirib ki, hər üç nömrə üzrə hazırlıq qısa müddətdə həyata keçirilib: "Buna baxmayaraq, yeniyetmələrimiz yüksək performans göstərərək qızıl medal qazandılar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















