Icma.az
close
up
RU
ProSport un yetirmələri Dubayda keçirilən beynəlxalq turnirdə uğur qazanıb (FOTOLAR)

ProSport un yetirmələri Dubayda keçirilən beynəlxalq turnirdə uğur qazanıb (FOTOLAR)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ProSport Gimnastika Klubunun idmançıları Dubayda təşkil olunan "Dubai United Dream Cup 2025” bədii gimnastika üzrə beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər.

Qaynarinfo xəbər verir ki, Klubun təsisçilərindən olan beynəlxalq və milli dərəcəli hakim, məşqçi Leyla Hüseynli və klubun peşəkar məşqçilərindən Səbinə Əlizadənin rəhbərliyi ilə yarışa qatılan gimnastlar bir neçə nominasiyada qalib və mükafatçı olublar.

Məlumata əsasən, Babayeva Feliz (2013-cü il təvəllüdlü) lent proqramında I, çoxnövçülükdə isə III yerə layiq görülüb. Şabanova Züleyxa (2014) top ilə çıxışında I, çoxnövçülükdə II, gürzlərdə isə III yer qazanıb. Eyni yaş qrupundan olan Vəliyeva Gültəkin lentlə çıxışına görə I, çoxnövçülükdə isə III yerin sahibi olub. Nəzirli Nəzirin (2015) yarışda alətsiz proqram, gürzlər və çoxnövçülük üzrə bütün kateqoriyalarda I yerə yüksələrək turnirin ən yüksək nəticələrindən birinə imza atıb. Zeynal Canan alətsiz çıxışında II yer tutub. Həsənova Adelina isə alətsiz və çoxnövçülükdə I, halqa ilə çıxışında isə II yer qazanıb.

Klub rəhbərliyi bildirib ki, əldə olunan nailiyyətlər məşqçi heyətinin peşəkarlığının və gimnastların əzminin nəticəsidir. Qeyd olunub ki, belə beynəlxalq turnirlər uşaqlara həm böyük təcrübə qazandırır, həm də onların səhnə mədəniyyətinin formalaşmasına və yeni dostluqların qurulmasına şərait yaradır.

ProSport Gimnastika Klubunun növbəti yarışının isə dekabr ayında Dohada keçiriləcəyi planlaşdırılır. Klub bu dəfə daha çox gimnastın qatılacağını və azyaşlı idmançıların inkişafında belə turnirlərin xüsusi önəm daşıdığını vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri