Icma.az
close
up
RU
Anaların kabusu: uşağın saçına bit düşərsə...

Anaların kabusu: uşağın saçına bit düşərsə...

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Bitlər yaşamaq və çoxalmaq üçün insan qanına ehtiyac duyan parazitlərdir. Yetkin bir bit təxminən bir küncüt dənəsi böyüklüyündədir.

Saç biti insan saçında yaşayan və çoxalan, çox kiçik, qanadsız, gündə 2-8 dəfə qan əmərək qidalanan boz böcəklərdir. Bit baş dərisinə yapışıb qanı əmir və yumurtlayaraq çoxalır. "Sirkə" adlanan yumurtaları isə saça möhkəmcə yapışıb qalır. Kəpəkdən fərqli olaraq onlar silkələməklə və ya daramaqla saçdan ayrılmır. Bu yumurtalar bir müddətdən sonra canlı parazitlərə çevrilir.

Saç biti insan bədəni xaricində yalnız 48 saat yaşaya bilər və ev heyvanları üstündə yaşaya bilməz. Sirkə isə insan bədəni xaricində parça və adyal üzərində 10-15 gün ölmədən yaşaya bilər.

Bit baş dərisinə yapışdıqdan sonra qanı əmir. Parazit yaraya xüsusi ferment ifraz edir ki, qan qatılaşmasın. Bu isə dözülməz dərəcədə qaşınmaya səbəb olur. Qaşınmış yerlər irinləyə bilər. Uşaq narahat olur, daim diskomfort hiss edir, tez-tez başını qaşıyır. Bu halda uşağın baş və boyun dərisinə fikir verin. Kiçik boz-mavi ləkələr, qaşınmış sahələr pedikulyozun (bitlərlə yoluxma) əlaməti ola bilər. Uşağın saçlarını isladın və diqqətlə yoxlayın. Xüsusilə gicgahlara, qulaqların arxasına, ənsə nahiyəsinə və boynundakı saçlara fikir verin. Bitlər çox tez hərəkət etdiyi üçün onları tapmaq çətindir, lakin sirkələri tapmaq çox asandır.

Bit saçlı dəridə təxminən 30 günə qədər canlı qalır. Saçdan təmizləndikdən sonra 1-2 gün sağ qalan bitlər uça bilməsə də, yaxın təmas olarsa, bir başdan o biri başa keçirlər. Bitin keçmə yolları saç fırçaları, daraqlar, saç aksessuarları, hətta papaqlar ola bilər.

Nəzərə almaq lazımdır ki, pedikulyozdan heç kəs sığortalanmayıb. İnsanların əksəriyyəti fikirləşir ki, bu yalnız yoxsulların, dilənçilərin xəstəliyidir. Lakin bu belə deyil.

Bitlər diskomfortdan əlavə hal hazırda nadir rast gəlinən çox ağır yatalaq xəstəliyinin törədicisi olan mikrobu bir insandan digərinə daşıyır. Qaşınma zamanı həşərat əzilə bilər və mikrob qana düşə bilər. Bu yatalaq xəstəliyinin inkişafına səbəb olur.

Bit təmizlənməsi üçün bildiyimiz ənənəvi yollar var. Məsələn, saatlarla oturub sirkə və biti başdan təmizləmək olar. Bitlər hərəkət etdiyindən çox vaxt yumurtaları tutmaq daha asandır. Bitləri daha aydın görüb tuta bilmək üçün isə qulaq arxaları və boyundan saç diblərinə yaxşı işıqlandırılmış bir mühitdə nəzər yetirilməlidir.

Digər üsullar arasında - qatran sabunu, ağ neft, sirkə və s. Nəzərə almaq lazımdır ki, bu vasitələrin effektivliyi aşağı ola bilər. Bu səbəbdən xüsusi müasir preparatlardan istifadə etmək lazımdır. Bu preparatları pediatr təyin etməlidir. Müasir preparatlar çox effektlidir və hətta 1 istifadədən sonra pedikulyozdan yaxa qurtarmaq mümkündür.

Müalicə ilə yanaşı uşağın bütün paltarları, ağları yuyulmalı və ütülənməlidir, evdə bütün səthlər diqqətlə silinməlidir.

Aile.lent.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri