Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Analıq məzuniyyətinə çıxmaq istəyən qadınların NƏZƏRİNƏ: Bu vacib məqamları mütləq bilməlisiniz… KONKRET

Analıq məzuniyyətinə çıxmaq istəyən qadınların NƏZƏRİNƏ: Bu vacib məqamları mütləq bilməlisiniz… KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İşçinin analıq məzuniyyətinə çıxması, analıq məzuniyyəti ödənişinin hesablanması, müavinətlərin verilməsi ilə bağlı müəyyən suallar doğuran məqamlar var.

Mövzu ilə bağlı hüquqşünas Aqşin İsgəndərzadə KONKRET.az-a müsahibə verib və bir çox açıq suallara aydınlıq gətrib.

Müsahibəni oxuculara təqdim edirik:

-Aqşin bəy, analıq məzuniyyəti nə qədər davam edir?

-Hamımızın analıq məzuniyyəti olaraq tanıdığı məzuniyyət əslində hamiləliyə və doğuşa görə verilən istirahətdir. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Yəni ümumi olaraq 140 gün müddətində məzuniyyət verilə bilər.

-Analıq məzuniyyətinə necə müraciət etmək olar?

-İşçi hamiləliyə və doğuşa görə məzuniyyətindən istifadə etmək üçün işəgötürənə xəstəlik vərəqəsi təqdim etməlidir.

-Analıq məzuniyyəti dövründə nə qədər ödəniş alınır?

-Bu dövrdə işçiyə məzuniyyət haqqı ödənilir. Qeyd edək ki, işçiyə hamiləliyə və doğuşa görə məzuniyyət hesablanması işəgötürən tərəfindən həyata keçirilsə də, ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir. Həmçinin məzuniyyətə görə ödəniş edilməsi üçün işçinin minimum 6 ay sığorta stajı olmalıdır.

-Həmin müddət ərzində iş yeri hamilə qadını işdən çıxara bilərmi?

-Xeyr. Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların məzuniyyətdə olduğu müddət ərzində (kişi və ya qadın olmasından asılı olmayaraq) əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır.

-Analıq məzuniyyətindən sonra işə qayıtmaq hüququ varmı?

-Bəli. Məzuniyyət müddəti bitdikdən sonra işçi işə geri qayıda bilər. Ümumiyyətlə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri və vəzifəsi (peşəsi) saxlanılır.

-Uşağa qulluq üçün əlavə məzuniyyət götürülə bilərmi?

-Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü (məsələn nənə, baba) uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

-Analıq məzuniyyəti ilə bağlı qadının digər hüquqları nələrdir?

-Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara əmək müqaviləsi bağlanarkən sınaq müddəti təyin edilmir. Hamilə qadınların, habelə uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiyası (sertifikasiyası) keçirilmir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir. Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Mart 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see333

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see197

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see167

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see164

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see163

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see150

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see147

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see144

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see143

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see141

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see140

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see138

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see137

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see136

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see135

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri